Bu gün sənin ad günündür, ay Nadir - FOTO
Bu gün sənin ad günündür, ay Nadir


Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir.
Ad günü deyəndə ağıla çox fikir gəlir. Məsələn, yemək, hədiyyə, qonaqlar, tort. Sən bu ad gününün gəlməsini səbirsizliklə gözləyirsən, saniyələri sayırsan. Qonaqları gözləmək, qarşılamaq, hədiyyələr almaq və əylənmək. Ancaq getdikcə həyat daha maraqlı gəlir. Necə də şirindir bu həyat dediyimiz!..

Sənin 29 yaşın tamam oldu. Filirləşirəm ki, bu iyirmi doqquz illik həyatında itirdiyin və qazandığın nədir? Bu illərdə bir çox nailiyyət, bacarıq və ən əsası dəyərli dost qazanmısan.
Ad günündə çoxlu təbrik alırsan və özünü dünyanın xoşbəxt insanı hesab edirsən. Fərqli-fərqli insanlardan fərqli təbriklər almaq, sözün əsl mənasında, adamı sevindirir. Bu günə nədənsə insan etinasız yanaşa bilməz.
Geriyə - yaşadıqlarına nəzər salmaya bilmirsən. Dönüb arxaya boylananda istər kədər qarışıq təəssüf, istərsə də «kaş ki» deməyə səbəb axtarmaya bilmirsən. Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında anlandırmaya bilmirsən. Görəsən niyə? Bu təkcə məndəmi, səndəmi belə olur, ya hamıda belədir. Bunu da bilmirəm. Hər keçən il insanın məsuliyyətini daha da artırır.
Bəzən zamanı dondurmaq istəyirsən, amma zaman öz hökmünü özü verir axı? Hakim odur, illər, saniyələr, saatlar onun hökmüylə donur. Bəs görəsən uşaqlıqda niyə tez böyüməyi arzuladığımız halda, indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik. Bəlkə qayğılardan, məsuliyyətdən qaçmaq istəyirik?!.
«Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim» - mahnılarda deyildiyi kimi arzu edirik.
Amma hər halda geridə qoyduğumuz acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir. Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək.
Sevimli şairimiz B.Vahabzadə deyirdi ki, ad günümüz olanda sevinirik. Bu, təbii haldır. Amma fikirləşmirik ki, bir yaş da böyüyürük. Yaşımızın üstünə bir yaş da gəlir.
İnsan üçün nə qədər yaşamaq yox, ona verilən ömrü mənalı yaşamaq, özündən sonra bir iz qoymaq maraqlıdır.

Həyatın mənalı və daha maraqlı olsun, Nadir Quluzadə.
Üzün gülər olsun, qəlbin daha da nurlansın, ay bacıoğlu!
Balaca Mədişimizin toyunda əl-qol götürüb oynayaq!


Dayın Daşdəmir
Bu gün sənin ad günündür, ay Nadir - FOTO
Bu gün sənin ad günündür, ay Nadir - FOTO

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031