Qazaxıstanlı ekspert: Biz ən iri geostrateji layihənin – Orta Dəhlizin həyata keçməsinin astanasındayıq
Biz ən iri geostrateji layihənin həyata keçməsinin astanasındayıq. Orta Dəhliz nəinki məhsulların, həm də xidmətlərin, texnologiyaların, elmi-texnoloji fikirlərin və dəyərlərin yeni sabitlik və tranzit vektoruna çevriləcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri qazaxıstanlı politoloq, siyasi elmlər doktoru Talqat Kaliyev Qazaxıstanın Baş naziri Alixan Smailovun Azərbaycana səfərini şərh edərkən deyib.

“Sözsüz ki, Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər 30 ildə olduğu kimi hazırda da çox yüksək səviyyədədir. Bu münasibətlər təkcə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhu ilə deyil, həm də qardaşcasına dostluq, liderlərimiz arasındakı dostluq, qarşılıqlı etimadla qidalanıb. Həm iqtisadiyyat, həm də humanitar, elm, mədəniyyət sahələrində çox sıx əlaqələr mövcuddur. Bizi ortaq türk tarixi birləşdirir. Buna görə də biz, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq formatındayıq”, - deyən agentliyin müsahibi Qazaxıstanın da Azərbaycan kimi bu prosesin fəal təkanverici qüvvələrindən biri olduğunu əlavə edib.

Ekspertin sözlərinə görə, hazırda Bakı və Astana arasında münasibətlər Orta Dəhlizin inkişaf perspektivi ilə yeni səviyyəyə çıxır.

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Qazaxıstana, Aktauya, bilavasitə Kurık limanına dünənki səfəri də bu layihənin əhəmiyyətini vurğuladı. O, bununla ən yüksək marağı nümayiş etdirdi və görünür, bu dəhlizin həm buraxıcılıq qabiliyyətini, həm də inkişaf səviyyəsini dəyərləndirdi. Xatırlatmaq yerinə düşər ki, ötən ilin təkcə 9 ayı ərzində Kurık limanı vasitəsilə yükaşırmanın həcmi əvvəlki 5 ilin ümumi həcmini üstələyib. Biz ən iri geostrateji layihənin – Orta Dəhlizin həyata keçməsinin astanasındayıq. Bu dəhliz nəinki məhsulların, həm də xidmətlərin, texnologiyaların, elmi-texnoloji fikirlərin və dəyərlərin yeni sabitlik və tranzit vektoruna çevriləcək”, - deyə T.Kaliyev vurğulayıb.

Son xəbərlər

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031