Tiranada iki güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın altıncı günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər döşəyə çıxıblar.

Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb - 16:7. Güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. polşalı Pavlo İlnitski isə C.Cəfərovun qarşısında cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. Cəfər finalda gürcüstanlı Mate Tsinadzeylə güləşəcək.

Seyhun Əlizadə (51 kq) səkkizdəbir finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb - 2:15. Rəqib finala yüksəldiyi üçün Əlizadə təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşacaq.

Camal Abbasov (60 kq) isə səkkizdəbir finalda fransalı Abdullah Nakayevə heç bir şans verməyib - 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabı ilə xalçadan məyus yola salıb. Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olacaq.

İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabı ilə qalib gəlsə də, dörddəbir finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi Rəhimliyə bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişviliylə üz-üzə gələcək.

Səid Paşayev (92 kq) isə təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib - 2:13. Rəqib finala yüksəldiyi üçün Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid belaruslu Aleksey Kulakovla güləşəcək.

Son xəbərlər

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031