Yeniyetmə güləşçilər Avropa çempionatına dörd bürünc medalla başlayıb
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı keçirilir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın startında 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb. Mübarizəyə 1/4 finaldan qoşulan Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Elnar Ziyadov finalın bir addımlığında gürcüstanlı Yuri Çapidzeyə uduzub – 4:6. Elnar bürünc medal uğrunda moldovalı Viktor Postika ilə güləşib və 7:2 hesablı qələbə qazanıb. Ayxan Cavadov (55 kq) israilli David Şevçenko və albaniyalı Mikel Tropliniyə 9:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Erekle Tavberidze ilə bacarmayıb - 1:9. Rəqib finala yüksəldiyi üçün Cavadov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ayxan italiyalı Qabriele Puçerə tam üstünlüklə qalib gəlib - 8:0. Həmyerlimiz həlledici qarşılaşmada ermənistanlı Yuri Karapetyanı 5:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

Murad Zeynalabdinov (65 kq) norveçli Eliyah Neveni (5:0) üstələsə də, 1/8 finalda isveçli Ruben Straakverdə xalların keyfiyyətinə görə (6:6) məğlub olub.

Elmin Əliyev (80 kq) estoniyalı Markus Uhtyaerv (9:0), almaniyalı Anton Buxolz (3:1) və türkiyəli Emir Dayal (8:0) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında macarıstanlı İştvan Şinaya uduzub - 0:9. Əliyev gürcüstanlı Giorgi Maxaradzeyə 6:2 hesabıyla qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Mahir Qurbanlı (110 kq) debütdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Mahir Qurbanlı təsəlliverici görüşdə slovakiyalı Andreas Kernlə üz-üzə gəlib və 4:2 hesablı qələbəyə sevinib. Mahir finlandiyalı Tomas Rusini sonuncu xal prinsipinə (1:1) əsasən məğlub edərək komandamıza 4-cü bürünc medalı qazandırıb.

Son xəbərlər

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031