Azəraycanın 3 güləşçisi Avropa ikincisi oldu


Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilib.

Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzuna 3:11 hesabıyla məğlub olub və qitə birinciliyini gümüş medalla başa vurub.

Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gəlib və rəqibinə 1:5 hesabıyla məğlub edərək növbəti dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.

Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib - 0:8.

İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadov tam üstünlüklə qalib gəlib - 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələyib. Ancaq 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə qarşılaşıb və 0:3 hesabıyla məğlub olub.

Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub - 5:4. Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanıb - 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlayıb. Həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla güləşib. Türkiyəli rəqibinə minimal fərqlə (1:2) uduzan Sabah Avropa ikincisi olub.

Son xəbərlər

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031