Nüvə silahına qlobal xərclər 82,9 milyard dollara çatıbNüvə silahına qlobal xərclər 82,9 milyard dollara çatıb
BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi və Nüvə Silahlarının Sınaqlarının Qadağan Edilməsi Təşəbbüsünün (ICAN) əlaqələndiricisi Susi Snayder bu qurumun yeni hesabatının xülasəsini açıqlayıb.

Turaztv/az AZƏRTAC-a istinad'n xəbər verir ki, hesabatda nüvə silahına malik olan 9 ölkənin öz arsenallarını inkişaf etdirməyə davam etdiyi, habelə üç il dalbadal bu sahəyə ayrılan maliyyə vəsaitinin artdığı bildirilir.

ICAN-ın hesabatına görə, 2022-ci ildə nüvə silahlarına ayrılan vəsait 2021-ci il ilə müqayisədə 3 faiz artaraq 82,9 milyard dollara çatıb. ABŞ bu sahədə liderliyini davam etdirib və sözügedən sahəyə 43,7 milyard dollar xərcləyib. İkinci yerdə 11,7 milyard dollar vəsaitlə Çin, üçüncü yerdə isə Rusiya (9,6 milyard dollar) qərarlaşıb. Ayrılan maliyyə vəsaitində illik artımın həcminə görə Hindistan öndədir. Belə ki, bu ölkə ötən il nüvə silahlarına 21,7 faiz çox pul ayırıb. Ondan sonra gələn Böyük Britaniya isə bu məqsədlər üçün 11 faiz artıq vəsait ayırıb.

Hesabatda qeyd olunub ki, nüvə silahı istehsalçıları ötən il təqribən 16 milyard dollar məbləğində yeni kontraktlar imzalayıb, bunun qarşılığında isə ABŞ və Fransa hökumətlərinə lobbiçilik etmək məqsədilə 113 milyon dollar xərcləyib. Ümumilikdə, nüvə silahına malik ölkələrin 2040-cı ilədək bu şirkətlərlə 278,6 milyard dollarlıq kontraktları olduğu qeyd edilib.

Mətbuat konfransında çıxış edən ICAN-ın təmsilçisi qeyd edib ki, kütləvi qırğın silahlarına xərclənən pullar bir çox qlobal problemlərin həllinə yönəldilə bilərdi. O qeyd edib ki, nüvə silahlarının sayının artması heç də beynəlxalq təhlükəsizliyə töhfə vermir, əksinə, vəziyyəti daha da pisləşdirir. Eyni zamanda, Snayder diqqətə çatdırıb ki, indi maliyyə imkanları geniş olan bir çox sərmayəçi ölkələr bu silahları risk amili kimi qiymətləndirir və onlardan imtina edirlər.

Son xəbərlər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930