Azərbaycan Prezidenti İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb
Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının “Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirakına görə minnətdarlığını ifadə etdi. Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi.

Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi.

Dəvət məmnunluqla qəbul olundu.
Azərbaycan Prezidenti İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb

Son xəbərlər

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Sumqayıtda məktəb direktoru vəfat etdi

17 oktyabr 2026-cı il tarixdə Hicran Faiq Əhmədlinin kitab təqdimatı keçiriləcək.

Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt

Türkiyədə qanunsuz miqrantlar saxlanıldı

Sazın sehrində, sözün qüdrətində yaşayan ömür - Aşıq Altay Məmmədli

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031