Əliyev-Putin-Paşinyan görüşü: Sülhün neçə addımlığındayıq? - TƏHLİL

Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş keçiriləcəyi gözlənilir.

Hər bir vəziyyətdə Moskva görüşü üç əsas struktur üzrə diqqət çəkir:

- Qarabağa statusla bağlı məsələlər gündəlikdən tamamilə çıxarılıb, status Rusiya üçün də əhəmiyyət kəsb etmir;

- Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şərtlərini qəbul edib və Azərbaycanın ərazi hüdudlarını göstərib;

- Paşinyan Ermənistanın Qarabağla bağlı iddialarından əl çəkdiyini göstərir, İrəvanın ənənəvi ritorikası kül olur.

Görüşdən qabaq Paşinyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı xoşməramlı mesajlar verməklə növbəti danışıqlarda razı olacağı məqamlara erməni cəmiyyətini hazırlaşdırmaq məqsədi güdür.

Mühüm məsələlərdən biri Zəngəzur dəhlizi layihəsi ilə bağlı razılaşmaların olmasıdır, ancaq Paşinyan yenə dəhliz məntiqinin olmayacağını bildirir.

Ümumilikdə Ermənistan dediyi sözü əməldə göstərmək üçün davamlı və praqmatik qərarlar çıxarmalıdır.

Azərbaycanla Ermənistanın Qərbdəki görüşlərinin çərçivəsinin, ardınca iki ölkənin XİN başçılarının Rusiyadakı görüşündə razılaşdırılan məqamların Kreml saatına uyğunlaşdırılması Moskva üçün vacibdir.

Rusiya 10 Noyabr Bəyanatı ilə başlayan sülhyaratma missiyasını öz tezislərinin üstün olduğu sənədlə yekunlaşdırmaq istəyir. Ancaq hələ sülh müqaviləsinin istər Qərbdə, istərsə də Rusiyada bütünlüklə deyil, maddə-maddə razılaşdırılması həyata keçirilir.

Rusiya indi çalışır ki, maddələr üzrə əldə edilmiş razılıqları kompleks şəkildə birləşdirsin və Moskva görüşü ilə onun nəticələrini elan etsin.

Lakin yekun hərtərəfli razılaşdırma üçün isə regionda bir sıra xətlər götürülməlidir, məsələn, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti, Ermənistanın hərbisizləşdirilməsinə dair öhdəliklər buraya daxildir.

Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin xidməti fəaliyyəti üçün isə zəminlər tədricən aradan qaldırılır, rəsmi Bakı Laçında sərhəd-buraxılış məntəqəsi qurduqdan sonra isə rusiyalı hərbçilərin Qarabağdakı missiyası məhdudlaşır.
Əliyev bu məhdudlaşmaları görüşdə qeyd edə bilər, yəni sülhməramlıların yerdə qalan müddətdəki fəaliyyəti perspektivdə onların regiondan çıxmasına xidmət etməlidir, qalıcılığına deyil.

Ermənistanın hərbi ilə bağlı məhdudiyyətləri qəbul etməsi də şərtdir, lakin bu məsələdə İrəvan da, Rusiya da, Qərb də gücü bir nöqtəyə vurmurlar.

Çünki regionda vəziyyəti qızışdırıb onu idarə etmək arzuları var olduqca Ermənistanın silahlanması da gündəlikdə qalacaq, ancaq indi İrəvanı Kreml deyil, İran, Fransa, Hindistan kimi dövlətlər silah-sursatla təmin edirlər.

Paşinyan da belə mənzərədən cuşa gələ bilər, ona görə də onun Moskva görüşündən öncə dediklərini rəsmiləşdirən qərarların verilməsinə Azərbaycan çalışır. Rusiya üçün də Paşinyanın dedikləri məqbuldur, çünki Moskva Ermənistana vaxtilə qoyduğu strateji sərmayələri geri çəkir və onu Bakının xeyrinə dəyişdirir.

İndi danışıqlar ona görə həlledicidir ki, sülh müqaviləsi üçün Ermənistan hökuməti güzəştləri böyük ölçüdə qəbul etmək həddinə çatdırılıb – Azərbaycanın şərtləri əsasında.

Paşinyan həmin güzəştlər silsiləsindən yola çıxaraq həll yolları axtarır, lakin ortada bir məsələ də açıq qalır.

Azərbaycanın sərhədlərin delimitasiyası fonunda azərbaycanlıların öz dədə-baba torpaqlarına geri qaytarılması barədəki mövqeyinə İrəvan susur, deməli ki, bu məsələdə razılıq əldə edilməyib. Mütləq sülh üçün isə həmin razılıq vacibdir, Əliyev Paşinyana bu mövzunu da xatırlada bilər.

Azərbaycanla Ermənistan arasında sülh yaxındadır, amma əl çatacaq məsafədə deyil, çünki geniş aspektlər üzrə bütöv razılaşma yoxdur.

Paşinyan isə ara-sıra yenə də Rusiyanın patronajlığı altında olan KTMT qüvvələrinin regiona gəlməsi barədə sürüşkən mövqe göstərə bilər ki, bu da sülh üçün lazım olan vaxtı təxirə salar.

Başqa səbəb, Ermənistan yekun sülhə indi imza atsa, bu, revanşist qüvvələr tərəfindən təslim olmaq kimi qəbul ediləcək və Ermənistandakı daxili siyasi vəziyyət pozulacaq, aydın olmayan nəticələr isə digər oyunçuların region üzrə maraqlarını yeniləmələrinə gətirib çıxara bilər.

Son xəbərlər

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031