Xəbərlər
22.05.2023, 22:25
Basketbol Liqası: “Gəncə” final seriyasının ikinci oyununda qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər. Qarşılaşma bölgə təmsilçisinin 78:74 hesablı qələbəsi ilə bitib. Beləliklə, final seriyasında hesab bərabərləşib - 1:1.
Növbəti matç mayın 24-də gerçəkləşəcək.
Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay