Heydər Əliyev: Qərar, Qurucu və Azərbaycanlı
Bir siyasət adamının siyasi portretini yazmağın ilk şərti onun fəaliyyətini bir neçə cümlə ilə ifadə etməkdir. Bu mənada Heydər Əliyevin siyasi fəaliyyətinin xülasəsini səfir, professor Vilayət Quliyevin Heydər Əliyev haqqında yazdığı “Böyük insan haqqında xatirələr” kitabına istinadən ifadə etmək olar: “Azərbaycan Prezidenti siyasətin, sadəcə, mümkün olanı həyata keçirmək sənəti olduğunu hamıdan yaxşı bilirdi və yersiz illüziyalara qapılıb keçmişin həsrəti ilə yaşamaqdansa, mövcud reallığın imkanlarından xalq və dövlətçilik naminə maksimum yararlanmağa çalışırdı”. Heydər Əliyevin siyasi portretini yazmaqdan ötrü, onun həyat və fəaliyyətini ifadə etmək üçün müvafiq anlayışları seçmək lazımdır. Mən üç anlayış üzərində duracağam: Qərar, Qurucu və Azərbaycanlı.

Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev deyib.

“Qərar” anlayışından bəhs edən Orxan Vəliyev qeyd edib ki, sovet dövründə Azərbaycanın idarəsində bir çox dövlət adamı yer almışdır. Sovet Azərbaycanına rəhbərlik etmiş hər bir şəxs özünün bacarığı və dövrün imkanları çərçivəsində Azərbaycana xidmət etməyə çalışmışdır. Xüsusilə sovet dövründə xidmət etmiş bütün rəhbərlərin dövrün imkanları çərçivəsində xidmət göstərdiklərini demək doğru olar. Lakin tarixi dönüm nöqtələrində kəskin qərar vermək heç də Sovet Azərbaycanın bütün rəhbərlərinə nəsib olmayıb. Heydər Əliyev də sovet dövründə Azərbaycana rəhbərlik illərində və hətta Moskvada yüksək vəzifədə çalışdığı illərdə belə dövrün şərtləri çərçivəsində ölkəsinə xidmət etməyə çalışmışdır. Lakin SSRİ-nin məmuru və Sovet Azərbaycanının rəhbəri olan Heydər Əliyevin əsas xidməti 20 Yanvar faciəsi zamanı kəskin qərar verərək, xalqının yanında olmasıdır. Bu qərar Heydər Əliyevin Azərbaycan xalqının kollektiv yaddaşında milli lider kimi həkk olunmasının ilk təzahürü kimi qiymətləndirilə bilər. Qeyri-müəyyənliyin hökm sürdüyü tarixi bir anda xalqını düşünərək qərar verməyin qüruru olduğu kimi, müəyyən təhlükələri də vardı. Heydər Əliyevin tarixi anlarda qəbul etdiyi qərarlar müstəqillik illərində də davam etdi. Xülasə, tarixi anlarda qərar vermək iqtidarında olmayan biri xalq nəzdində lider kimi qəbul edilə bilməz.

Orxan Vəliyev “Qurucu” anlayışından danışarkən bildirib ki, modern millətlər qurucu liderləri ilə tanınır. Modern alman dövlətini Bismark, ABŞ-ı Corc Vaşinqton, Türkiyə Respublikasını isə Atatürk olmadan düşünmək mümkün deyil. Bu prinsip Azərbaycan üçün də keçərlidir. Lakin Azərbaycanın ilk dövlət qurmaq təşəbbüsü məlum olduğu kimi yarımçıq qalmışdı. Müstəqilliyin bərpası isə ancaq 70 il sonra mümkün oldu. Girişdə Vilayət Quliyevə istinadən istifadə edilən “siyasətin, sadəcə, mümkün olanı həyata keçirmək sənəti olduğunu hamıdan yaxşı bilirdi” fikri Heydər Əliyevin nə üçün müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu ifadə edir. Modern dövlətlərin əsas xüsusiyyəti milli legitimliyə əsaslandırılan suverenlikdir. Milli suverenliyin mümkünlüyü isə hüquq çərçivəsində mümkün olmuşdur. Bu mənada konstitusiya modern dövlətlər və xalq arasındakı ictimai müqavilənin yekun sənədi kimi ifadə edilə bilər. İstiqlal Bəyannaməsi bu çərçivədə Azərbaycanın ilk hüquqi mətn olmuşdur. Ancaq Cümhuriyyət öz konstitusiyasını, yəni ictimai müqaviləsini təsis edə bilmədən tarixə qovuşdu. İlk konstitusiya isə sovetləşməyə keçid mərhələsində - 1921-ci ildə qəbul edildi. İlk maddəsində də ifadə edildiyi kimi, müvafiq konstitusiya sosializmə keçid dövrü üçün dizayn edilmişdi. Digər Sovet konstitusiyaları da oxşar prinsiplərə xidmət etmişdir. Azərbaycan xalqının ilk müstəqil konstitusiyası Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olundu. İlk maddəsi konstitusiyanın mahiyyətindən xəbər verir: I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin [suverenlik] yeganə mənbəyi Azərbaycan xalqıdır. Buradan yola çıxaraq Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin Qurucusu olduğunu ifadə etmək mümkündür. Torpaqlarının bir qismi işğal altında olan Azərbaycan üçün dövlətin inşası əsas prioritet idi. Heydər Əliyevin institutlarını qurduğu və hüquqi bazasını (konstitusiya) yaratdığı dövlət 2020-ci ildə işğal altındakı torpaqları azad etdi.

Sonuncu anlayış “Azərbaycanlı”. Departament müdiri vurğulayıb ki, M.Rəsulzadə və N.Nərimanovdan üzü bəri Azərbaycanın idarəetməsində yer almış bütün dövlət adamları bu və ya digər formada Azərbaycana xidmət ediblər. Ancaq sözün siyasi mənasında iki dövlət adamını azərbaycanlı olaraq ifadə etmək mümkündür. Rəsulzadə Cümhuriyyəti quran Milli Şuranın sədri olaraq Azərbaycan fikrini müdafiə etmişdir. Siyasi olaraq azərbaycanlı adlandıracağımız əsas dövlət adamı isə Heydər Əliyevdir. Heydər Əliyev Rəsulzadə ilə başlayan azərbaycanlı kimliyinin siyasi və hüquqi bazasını yaratmışdır. “Beləliklə, cümhuriyyətlə yarımçıq qalmış azərbaycanlı kimliyi Heydər Əliyev dövründə tam formalaşdı. Azərbaycançılıq anlayışı bir ölkədə yaşayan etnik və dini qrupların ümumi adını ifadə edən hüququ status (konstitusiya) qazanmış siyasi adıdır. Heydər Əliyevin sədrliyində dilin, millətin adının müzakirə edildiyi məşhur toplantıda Prezident sonda mümkün olana dair yekun siyasi qərar vermişdir. Əlbəttə Azərbaycan bir türk dövlətidir. Lakin millətin və dilin adı kimi taleyüklü bir məsələ ilə bağlı verilən siyasi qərar mümkün olan reallıq nəzərə alınmaqla verilməli idi. Belə olan halda Heydər Əliyev milli kimliyin mottosu kimi qəbul ediləcək “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsi ilə nöqtəni qoymuşdur”, - deyə o əlavə edib.

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31