DÖVLƏTÇİLİK və VƏTƏNPƏRVƏRLİYİN  ƏSAS TƏMINATÇISI - FOTO
Hakimiyyətdə olduğu dövrlərdə ona bəslənilən ümidləri birmənalı şəkildə doğruldan Prezident İlham Əliyev yüksək intellekti, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri, müasir dövrün reallıqlarından irəli gələn siyasi mənzərəni qiymətləndirmək bacarığı ilə təkcə ölkəmizdə deyil, eyni zamanda, bütün dünyada mahir dövlət xadimi kimi böyük nüfuz qazanmışdır.

Dövlət başçısının həyata keçirdiyi siyasi kursun əsas istiqamətlərinə diqqət yetirmək kifayətdir ki, onun hər addımda dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyi görünsün. Birmənalı şəkildə deyə bilərik ki, bu gün özünün liderlik keyfiyyəti ilə dünya azərbaycanlılarını ümumi ideya və məqsəd ətrafında birləşdirən cənab
İlham Əliyev dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq kimi mühüm prinsiplərin əsas təminatçısıdır.
DÖVLƏTÇİLİK və VƏTƏNPƏRVƏRLİYİN  ƏSAS TƏMINATÇISI - FOTO

Onun yürütdüyü balanslı diplomatiya sayəsində ölkəmiz dünyanın güc mərkəzlərinin təkcə Cənubi Qafqaz regionunda deyil, həm də digər bölgələrdə toqquşan maraqlarını optimal şəkildə uzlaşdırmaqla beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən etibarlı strateji tərəfdaşa çevrilmişdir. Məhz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təsadüfi deyil ki, sahib olduğu təbii resurslardan düzgün istifadə etməklə respublikamız son illər yaşanan ümumdünya maliyyə böhranından nəinki ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri kimi çıxdı, hətta maliyyə imkanlarını genişləndirərək bütün sosial layihələri davam etdirmək yolunu seçdi.
DÖVLƏTÇİLİK və VƏTƏNPƏRVƏRLİYİN  ƏSAS TƏMINATÇISI - FOTO

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənməkdə, qüdrətlənməkdədir. Daim xalqın dəstəyini alan ölkə rəhbəri bütün xarici təhdidlərə, təzyiqlərə, siyasi şantajlara baxmayaraq, milli maraq və mənafeyimizi əzmlə qoruyur, daxili və xarici düşmənlərə mərkli planlarının həyata keçməsinə heç vaxt imkan verməyəcəyi mesajını qətiyyətlə verir: “Heç kim bizimlə diktə dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.
Əsl liderlik də məhz budur - daim xalqın yüksək sosial rifahını, ölkənin iqtisadi qüdrətini, müstəqilliyini düşünmək!

Ayaz Bağırov,
"Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin(NQÇİ) rəisi

Son xəbərlər

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031