Xəbərlər
1.04.2023, 01:24
Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırıb
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Vuppertaler”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Yeganə qolu da 38-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.
“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay