ABŞ hökuməti elektromobillər üçün yeni qaydaları təsdiq edib
ABŞ hökuməti elektromobillərin istehsalı və istifadəsini təşviq etmək üçün yeni qaydaları açıqlayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Xəzinə Nazirliyi aprelin 18-dən etibarən elektromobillərlə bağlı yeni vergilərin məbləğini elan edib. Bu nazirlik və ABŞ Gəlir Departamentinin (IRS) birgə açıqlamasında istehlakçılar üçün qiymətlərin aşağı salınması, elektromobillərin istehsalının maya dəyərinin azaldılması, dayanıqlı “təmiz avtomobil” sənayesinin qurulması məsələləri yer alıb. Bununla yanaşı, ABŞ ərazisində elektromobillərin böyük tədarük zəncirinin yaradılacağı da qeyd olunub.

Açıqlamada bildirilib ki, inflyasiyanın səviyyəsinin aşağı salınmasına dair bu yaxınlarda qəbul olunmuş Qanun çərçivəsində tədarük zəncirinin yaradılmasına azı 45 milyard dollar özəl sərmayə qoyulacaq. Elektromobillərin istehsalçıları və istehlakçılarının vergi güzəştlərindən faydalanması məqsədilə onların Şimali Amerika ərazisində son montajdan keçməsi, qiymətlərinin isə yük maşınları üçün 80 min dollar, minik avtomobilləri üçün isə 55 min dollardan yuxarı olmaması şərti irəli sürülüb. Bundan başqa, 7500 dollar məbləğində vergi güzəştini əldə etmək üçün elektromobilin batareyalarının yerli istehsal məhsulu olması lazımdır. Bu, Birləşmiş Ştatlarda istehsalın artması və qiymətlərin sabit qalmasına şərait yaradacaq.

Hazırda ABŞ-da elektromobil batareyalarının 50 faizi istehsal olunur, 2029-cu ildə isə bu rəqəmin 100 faizə çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031