Laçın-Xankəndi yolu: Ekoaksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəallərın və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda aksiya iştirakçıları Laçın-Xankəndi yolunda fəallıq nümayiş etdirilər. Onlar ekoloji cinayətin dayandırılmasını tələb edən Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Bu gün də Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçiblər. Həmin nəqliyyat vasitələrinin arasında evakuasiya, mətbuat, tibbi yardım maşını, təminat-təchizat və minik avtomobilləri olub.

Qeyd edək ki, bu gün yeni könüllü qrupları da aksiyaya dəstək vermək üçün əraziyə gəliblər.

Aksiya ərazisində humanitar məqsədlərlə istifadə olunan avtomobillərin sərbəst hərəkəti təmin olunur. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Gün ərzində Şuşada hava dəyişkən keçib.

Ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdirirlər. Aksiyanın uzanması da onların iradəsinə təsir etmir.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Son xəbərlər

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031