Diaspor fəalımız “Finlandiyanın Səsi” beynəlxalq telemüsabiqəsində uğurla çıxış edib - FOTO
Finlandiyanın Helsinki şəhərində yaşayan soydaşımız “Azər-Türk” gənclər təşkilatının fəal üzvü Mona Savofiyar “Voice of Finland” (“Finlandiyanın Səsi”) beynəlxalq televiziya müsabiqəsinə qatılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə iştirak edə biləcəyi xəbərini gənc Mona Bakıda yay tətilində olduğu vaxt alıb: “İstirahət zamanı mənə zəng gəldi. Bu, “Finlandiyanın Səsi” yarışının proqram meneceri idi. Onlara dedim ki, Azərbaycandayam, bəlkə gələn il yenidən müraciət edərəm. Lakin onlar mənim sözümü yarıda kəsdilər və səsimi çox bəyəndiklərini dedilər. Dinləmələr Helsinki şəhərində keçirildiyindən, mənə onlayn formatda qulaq asdılar. Bu nəcib davranış məni təəccübləndirdi. Bir həftədən sonra xəbər verdilər ki, dinləməni uğurla keçmişəm və “Finlandiyanın Səsi” yarışına dəvət olunuram”.

Soydaşımız Porvoo şəhərində keçirilən yarışın “Görmədən seçimlər” mərhələsində “You don’t own me” mahnısını ifa edib. Münsifləri seçərkən Mona Finlandiya müğənnisi Anna Puunun komandasında olmağa üstünlük verib və növbəti mərhələyə keçib.

“Qarşıdurma” mərhələsində Mona rəqibi ilə bilikdə “Ain’t no mountain hugh enough” mahnısını ifa edib. Bu mərhələdə də ustadı Anna Puu güclü səsə və xarizmatik görünüşə malik olan Mona ilə yarışı davam etdirmək qərarını verib.

“Finlandiyanın Səsi” yarışının gedişində 18 yaşı tamam olan Mona Savofiyar müsabiqə zamanı onu Azərbaycan diasporunun dəstəklədiyini söyləyib: “Məni Finlandiya azərbaycanlıları, diasporumuz dəstəkləyirdi. Yolda hətta öz aramızda zarafat edirdik ki, Finlandiyada “Finlandiyanın Səsi” Azərbaycan olacaq. Ən xoş hadisələrdən biri isə ustadım Annanın mənə doğum günü sürprizi oldu. O, məni münsiflər heyətinin kreslosuna əyləşdirdi və digər münsiflərlə birlikdə “Happy birthday” mahnısını ifa etdi”, - deyə Mona təəssüratlarını bölüşüb.

Dörddəbir final mərhələsində müsabiqəni tərk edən soydaşımız bildirib ki, “Finlandiyanın Səsi” yarışından sonra Azərbaycanın pozitiv enerjisini və gücünü göstərmək məqsədilə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə qatılmaq istəyir.
Diaspor fəalımız “Finlandiyanın Səsi” beynəlxalq telemüsabiqəsində uğurla çıxış edib - FOTO
Diaspor fəalımız “Finlandiyanın Səsi” beynəlxalq telemüsabiqəsində uğurla çıxış edib - FOTO
Diaspor fəalımız “Finlandiyanın Səsi” beynəlxalq telemüsabiqəsində uğurla çıxış edib - FOTO

Son xəbərlər

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031