Şuşa şəhərində sosial infrastruktur layihələri uğurla davam etdirilir
Şuşa şəhərində sosial infrastruktur layihələri uğurla davam etdirilir. Belə layihələrdən biri də modul tipli xəstəxanadır. Hazırda şəhərdə 96 çarpayılıq modul tipli xəstəxana inşa olunur.

Turaztv.az xəbər verir bunu AZƏRTAC-a açıqlamasında Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kazımov söyləyib.

O bildirib ki, müasir standartlara uyğun tikilən xəstəxanada təkcə Şuşa sakinlərinə deyil, həmçinin ətraf qəsəbə və kəndlərdə yaşayan sakinlərə də tibbi xidmət göstəriləcək: “Layihə üzrə işlərə 2022-ci ilin sonunda start verilib. Hazırda ərazidə bünövrə işləri tamamlanır. Bu kompleks 5 binadan - 1 əsas və 4 yardımçı korpusdan ibarət olacaq”. Layihə üzrə işlərin 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır.

Prezidentin xüsusi nümayəndəsi Böyük Qayıdış Proqramına uyğun olaraq, Şuşa şəhərində yeni iş imkanları ilə bağlı görülən işlərdən də danışıb: “Əsas məqsədimiz işləmək qabiliyyəti olan vətəndaşlara burada şəraitin yaradılmasıdır. Bu istiqamətdə işlər bir çox sahəni əhatə edir. Şuşaya turizm, mədəniyyət, tikinti sahələri və s. üzrə mütəxəssislər cəlb olunacaq. Biz bəzi sahibkarlara da tövsiyə etmişik ki, Şuşa sakinləri arasında əmək yarmarkaları təşkil edilsin”.

Eyni zamanda, beşulduzlu otelin inşasının yekunlaşmaq üzrə olduğunu bildirən A.Kərimov, otel tam fəaliyyətə başlayanda yerli işçilərin buraya cəlb ediləcəyini də söyləyib.

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031