Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirliyə bu dəfə ev söz verilib.

Turaztv.az "musavat.com”a istinadən bildirir ki,Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən türkiyəli iş adamı Sebahettin Civelek Bakıya gəlib. Dostları "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və ülkücü Ali Yıldırım ilə birgə Sərvərin ailəsinin qonağı olan iş adamı qeyd edib ki, onun təşəbbüsü ilə Sərvər Bəşirlinin yaşadığı həyətdə ikimərtəbəli ev tikiləcək.

"Sərvər Bəşirlinin icazəsi ilə ona yaxın günlərdə ev tikəcəyik. Artıq evin əsası qoyulub. İnşallah, tezliklə tikiləcək yeni evdə Sərvər Bəşirli ilə çay içəcəyik. Bu cür qardaşı olan millətin kürəyi heç vaxt yerə gəlməz. Azərbaycan və Türkiyə hər zaman - acı gündə də, sevincli gündə də bir-birinin yanında olub. Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dərhal öz qardaşının yanına qaçdı, o cümlədən Sərvər Bəşirli... Buna görə də ona dəstək olmağı özümə bir qardaş borcu bildim. Allah bir daha Türkiyəyə acı yaşatmasın".

Sərvər Bəşirli, atası və babası, digər ailə üzvləri bu dəstəyə görə Sebahettin Civelek, Rauf Arifoğlu və Ali Yıldırıma təşəkkürünü bildirib.

Xatırladaq ki, Sərvər Bəşirlinin köhnə avtomobili ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. O, həmçinin yaxın qohumları ilə birlikdə Azərbaycandan Türkiyəyə yardıma gedən könüllülərdən ibarət qrupla Adıyamanda çalışmışdı.
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO
Sərvərə 2 mərtəbəli ev tikilir - FOTO

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930