SİMA ilə “Premium Bank” tərəfdaş oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

turaztv.az xəbər verir MMC-dən AZƏRTAC-a bildirilib ki, növbəti inteqrasiya prosesi “Premium Bank”ın sistemində reallaşıb və beləliklə, SİMA ilə sözügedən bank arasında tərəfdaşlıq əlaqələri qurulub. Tərəfdaşlığa əsasən, “Premium Bank”ın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin SİMA ilə imzalanması mümkün olub. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilələri imzalamağa imkan verir.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Son xəbərlər

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031