Sərbəst güləşçilərimiz Bolqarıstanda xatirə turnirində iki medal qazanıblar
Sərbəst güləşçilərimiz Bolqarıstanda xatirə turnirində iki medal qazanıblarBolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq güləş turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu gün ənənəvi yarışda ilk medalçılar müəyyənləşib. Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq) israilli Daniel Popova (5:1), gürcüstanlı Nika Zakaşviliyə (3:0) və bolqarıstanlı Georgi Vangelova (2:1) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə türkiyəli Recep Topala (1:4) məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

İbrahim Yusubov (92 kq) ilk mərhələdə ukraynalı Denis Sahaliuku 7:2 hesabı ilə üstələsə də, dörddəbir finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevə uduzub – 3:7. Güləşçimiz bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində inamlı qələbə qazanaraq ölkəmizin hesabına ikinci medalı yazdırıb.

Elis Manolova (62 kq) A qrupunda iki ABŞ-lı güləşçiyə rəqib olub. Cenifer Peyc Rocerslə (4:9) bacarmayan qadın güləşçimiz əvəzində Canida Cam Qarsiyanı üstələyib – 3:0. Qrup ikincisi kimi yarımfinala yüksələn E.Manolova yaponiyalı Yuzuka İnaqakiyə uduzub – 0:6. Güləşçimiz martın 4-də bürünc medal uğrunda görüşdə yenidən C.Rocerslə qarşılaşacaq.

Qeyd edək ki, martın 4-də Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Rahid Həmidli, Georgi Meşvildişvili (hər ikisi 125 kq), Mariya Stadnik və Türkan Nəsirova (hər ikisi 50 kq) da mübarizəyə qoşulacaqlar. Turnirə martın 5-də yekun vurulacaq.

Son xəbərlər

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930