Turaztv.az » Xəbərlər » Ceyhun Zamanov: Komandir - FOTO
Xəbərlər

Ceyhun Zamanov: Komandir - FOTO

19.02.2023, 21:47 565
Ceyhun Zamanov: Komandir - FOTO
Komandir.
Hər zaman öndə gedib.
Oldun əsil komandir.
Sən bizə hər döyüşdə.
Ruh verdin bil komandir.

Sən qorudun vətəni.
Məhv eylədin düşməni.
Unutmarıq biz səni.
Ötsədə il komandir.

Yurtda çaqqal dolaşır.
Vurulduqca ulaşır.
Qələbə yaxınlaşır.
Ruhunla gül komandir.

Qorxmadın heç ölümdən.
Dedin yaşasın vətən.
Səni unutmaz gedən.
Gələn nəsil komandir.

Qanını özün aldın.
Düşməni dərdə saldın.
Axırda Şəhid oldun.
Ağladı el komandir.

Ceyhun, gördü nər,səni.
Yenilməz əsgər,səni.
Xatırlayıb hər səni.
Çəkir nisgil,komandir.
Oldun əsil,komandir.


ALLAH RƏHMƏT ELƏSİN ƏSİL KOMANDİR OLUB.

Ceyhun Zamanov: Komandir - FOTO

Oxşar xəbərlər