Qadın idmançımız MMA idman növü üzrə dünya çempionatında gümüş medal qazanıb
Serbiyanın paytaxtı Belqradda qarışıq təkbətək döyüş növü – MMA üzrə dünya çempionatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının milli komandası səfərin ilk günü müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib. Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov və milli komandanın üzvləri Taşmaydan parkında yerləşən abidənin önünə gül dəstəsi qoyublar.

Beynəlxalq Qarışıq Döyüş Sənəti Federasiyası (IMMAF) tərəfindən 2014-cü ildən təşkil olunan böyüklər və gənclər arasında dünya çempionatında Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının (AZMMAF) milli komandası da iştirak edib.

62 ölkədən 520-dən çox idmançının mübarizə apardığı turnirdə respublikamızın idman şərəfini gənc və peşəkar olmaqla, ümumilikdə, 6 idmançı qoruyub.

Azərbaycan komandası bir medal qazanıb. Esmira Məmmədova finalda məğlub olmaqla, ikinci yerlə kifayətlənib. E.Məmmədovanın gümüş medalı MMA idman növündə ölkəmizin qadın idmançısının dünya çempionatında qazandığı ilk medal olub.

İdmançımıza medalı Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının prezidenti Rövşən Həsənov təqdim edib.

Qeyd edək ki, Serbiyada səfərdə olan AZMMAF rəsmiləri qarşılıqlı əməkdaşlıqla bağlı mühüm görüşlər keçirib.
Qadın idmançımız MMA idman növü üzrə dünya çempionatında gümüş medal qazanıb
Qadın idmançımız MMA idman növü üzrə dünya çempionatında gümüş medal qazanıb

Son xəbərlər

Rafinya “Barselona”nın mövsümün ilk 8 oyununda qol sayına görə rekordunu yeniləyib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

"Putinlə görüşəcəm və bunları həll edəcəm" - Paşinyan

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

YAXŞI Kİ VARSAN...

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

Mahaçqala hava limanında məhdudiyyətlər

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi

Həsənxan Əsədov : Gəlin xalqımızın belə övladlarının dəyərin bilək və qiymətləndirək... - FOTO

Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.

61 yaşlı Monika Belluççi görənləri şoka saldı - Foto

Ərdoğan ABŞ-yə səfər edəcək

Rauf İLYASOĞLU : 10 manatın da əvvəlki 10 manat olmadığı bir zamanda pensiyaçı necə yaşasın?

Saatı bir ev qiymətinədir

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Ağdam, Çəmənli : Quruyan çöllərim çəmən oldumu? - FOTO

Ürək üçün ən faydalı üç qida

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?

Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930