Turaztv.az » Xəbərlər » Sabirabadda pambıq emalı zavodu yanır
Xəbərlər

Sabirabadda pambıq emalı zavodu yanır

19.02.2023, 19:53 397
Sabirabadda pambıq emalı zavodu yanır
Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər