Turaztv.az » Xəbərlər » Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb
Xəbərlər

Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb

18.02.2023, 01:32 494
Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb
Suriyanın şərqində yerləşən Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı 50-dən çox insan həlak olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə cümə günü Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb.

“İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox vətəndaş həlak olub” – deyə məlumatda bildirilib.

Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyü barədə məlumat verib.

Oxşar xəbərlər