Politoloq: Azərbaycan ilə İtaliyanın imzaladıqları sənədlər gələcəyə istiqamətlənən fəaliyyətləri nəzərdə tutur
Azərbaycan-İtaliya əlaqələri 1992-ci ildə qurulub. 1992-1993-cü illərdə isə İtaliya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (sonradan ATƏT) Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesinə cəlb olundu. Lakin həmin dövrdə İtaliya tərəfinin münaqişənin həllinə dair hazırladığı təkliflər heç bir nəticə vermədi.

İki ölkə arasında enerji əməkdaşlığı isə 1995-ci il noyabrın 10-dan - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanması ilə başlayıb.

1996-cı il iyunun 4-dən isə ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsünə dair Saziş imzalanıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

O qeyd edib ki, İtaliyanın Cənubi Qafqaz ölkələrində ilk səfirliyi məhz Azərbaycanda fəaliyyətə başlayıb. 1997-ci il iki ölkə arasında qarşılıqlı investisiyaların təşviqi və qorunması, hava nəqliyyatı, turizm sahələrində əməkdaşlıq haqqında müqavilələr, münasibətlərin prinsipləri, iqtisadi, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında birgə bəyannamələr imzalanıb.

1997-1998-ci illər ərzində ikitərəfli texniki əməkdaşlıq haqqında niyyət protokolu, ARDNŞ və ENİ/Agip arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Kürdaşı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin əsas prinsipləri və kommersiya şərtləri haqqında müqavilə bağlanıb. Eləcə də mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Bu sazişlər daha sonra Avropa İttifaqının enerji təhlükəsizliyinin baza prinsipləri rolunda çıxış edib. Son illər iki ölkə rəhbərlərinin intensivləşən qarşılıqlı səfərlərini Azərbaycanla İtaliya arasında münasibətlərin inkişafı baxımından tarixi hadisə hesab etmək olar.

“2020-ci il fevralın 20-də Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı iki ölkə arasında imzalanan sənədlərlə münasibətlər yeni mərhələyə yüksəldi. Bu müqavilələrdən ən vacibi “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” idi. Bu sənəd ikitərəfli münasibətlərin yeni mərhələsi üçün baza rolunu oynadı.

Qeyd edə bilərik ki, Azərbaycan istər qonşuları, istər digər region ölkələri və beynəlxalq siyasi, iqtisadi, təhlükəsizlik təşkilatları ilə əməkdaşlığı haqqında imzalanan bəyannamələrin, çərçivə razılaşmalarının çoxluğuna rəğmən, İtaliya nadir ölkələrlə “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” statusunda sənəd imzalayıb.

Beynəlxalq münasibətlərdə tərəflər arasında nəzərdə tutulan çoxölçülü strateji əməkdaşlıq - “Multidimensional Strategic Partnership” gələcəyə yönəlmiş, qlobal və regional anlamda bütün vəziyyətlərdə sıx əməkdaşlığı, qlobal və regional proseslərə və problemlərə ümumi baxışı, eyni zamanda, tərəflərin mövcud olduğu, həmçinin maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik, rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənib”, - deyə Yeganə Hacıyeva vurğulayıb.

Politoloq deyib ki, Azərbaycan ilə İtaliya arasında imzalanan Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsi sənədi tərəflər arasında gələcəyə yönəlmiş sıx əməkdaşlıq, qlobal və regional problemlərə ortaq baxış, ölkələrin yerləşdiyi, həmçinin maraq dairəsinə aid olan bölgələrdə sülh, sabitlik və rifahın inkişafı üçün ortaq bir məqsədə istiqamətlənən fəaliyyəti nəzərdə tutur.

Çoxölçülü Strateji Tərəfdaşlıq Bəyannaməsində tərəflərin mövcud əməkdaşlığın daha geniş və sıx qarşılıqlı əlaqəyə çevrilməsi, bütün sahələrdə faydalı birgə fəaliyyətin qurulması yolu ilə tərəfdaşlığın daha da gücləndirilməsi xidməti göstərilir. Həmçinin imzalanmış sənəd Azərbaycan ilə İtaliya arasında gələcəyə yönəlik çoxşaxəli strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi yollarının axtarılması üçün regional, qlobal proseslərin birgə hərtərəfli təhlili və müzakirəsini nəzərdə tutur.

“Vətən müharibəsi dövründə Azərbaycanın beynəlxalq hüquq, regional və tarixi reallıqlar aspektindən haqq işində Avropanın bir çox dövlətləri ölkəmizə münasibətdə ədalətsiz mövqedən çıxış etdilər. Avropanın aparıcı ölkələrinin nüfuzlu medialarının bir çoxları da erməni dezinformasiyasının tirajlanması ilə bu müharibədə beynəlxalq hüquq, regional və tarixi reallıqlar aspektindən haqlı tərəfin yanında deyil, onun qarşısında yer aldılar. Vətən müharibəsi günləri İtaliya ilə münasibətlərdə də bir sınaq mərhələsi oldu. İstər İtaliya hökuməti, istərsə də ölkə mediası müharibə günlərində və sonrakı mərhələlərdə obyektiv münasibət sərgiləməklə Azərbaycan-İtaliya əlaqələrinin perspektivini bir daha təsdiqləmiş oldu”, - deyə politoloq vurğulayıb.

Son xəbərlər

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031