Azərbaycan səfiri “The Times” radiosunun suallarını cavablandırıb
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Londonda yerləşən və geniş auditoriyaya malik olan “The Times” radiosuna müsahibə verib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, aparıcı Lyusi Fişher ilk olaraq, Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsədi barədə maraqlanıb. Səfir Laçın-Xankəndi yolunda ekofəalların aksiyasının əsas tələbinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olduğunu və yolun humanitar məqsədlərlə yox, daha çox mina, silah-sursat daşınması üçün istifadə olunduğunu, həmçinin üçtərəfli razılaşmaya zidd olaraq hələ də Xankəndidə 10 mindən çox erməni hərbiçisinin qaldığını bildirib. Aksiya iştirakçıları qətiyyən heç bir təhlükə törətmirlər. Həftə ərzində yüzlərlə maşının həmin yoldan tamamilə maneəsiz keçməsi də heç bir blokada olmamasının bariz sübutudur.

Səfir Süleymanov Ruben Vardanyan kimi təxribatçıların nəinki Qarabağda yaşayan ermənilər, həm də Ermənistan üçün təhlükə daşıdığını bildirib və deyib ki, bunu Ermənistan rəhbərliyi də anlayır. Ermənilər Azərbaycanın dayanıqlı sülhə çağırışlarını müsbət qiymətləndirməli, bu tarixi fürsətdən istifadə etməlidirlər. Doğru addım atacaqları təqdirdə, müstəqilliyinin rəmzi şəkildə elanından 30 il sonra Ermənistan özünün, sözün əsl mənasında, müstəqil dövlət kimi formalaşmasına və dayanıqlı inkişafa başlaya bilər.

Müsahibə ərzində səfir, həmçinin Qarabağda yaşayan ermənilərin sayının 120 min nəfər deyil, təqribən 35 min – 40 min nəfər arasında dəyişdiyini bildirib. Bu, böyük bir fakt olmasa da, Azərbaycana qarşı səslənən fikirlərin nə qədər reallıqdan uzaq və qərəzli olduğunun göstəricisidir.

Daha sonra Azərbaycanın Tehran şəhərindəki səfirliyinə qarşı törədilmiş terror aktı haqda söz açılıb, hadisə qətiyyətlə pislənilib və günahkarların tezliklə cəzalandırılmalı olduğu bildirilib.

Nəticə etibarilə dayanıqlı sülh, regionda nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyaların bərpası Ermənistan və Azərbaycan üçün mühüm olmaqla yanaşı, bütün regionda davamlı inkişafın qarantıdır.

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031