Ulu öndər Heydər Əliyevin bəxş etdiyi Gənclər günü ədliyyə orqanlarında geniş qeyd olunub
2 fevral – Azərbaycan gəncləri günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzində gənc ədliyyə işçiləri və könüllüləri ilə tədbir keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin məzarı ziyarət olunaraq, önünə əklil qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu və titanik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanışlıq olub, maraqlı filmə baxılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin bəxş etdiyi Gənclər Gününün bu il - “Heydər Əliyev İli”ndə dahi şəxsiyyətə böyük ehtiram və xüsusi minnətdarlıq hissi ilə qeyd olunduğunu bildirən nazir müavini Toğrul Musayev onları bayram münasibətilə nazirliyin rəhbər heyəti adından təbrik edib, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətindən bəhs edib.

Bildirib ki, müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində gənclərə daim qayğı ilə yanaşıb, milli, o cümlədən hərbi kadrların yetişdirilməsi, gənclərin vətənpərvər və dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz xidmətlər göstərib. Bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb. 1996-cı il fevralın 2-də Azərbaycan Gəncləri forumlarının keçirilməsi ənənəsinin əsası qoyulub və bir il sonra Ümummilli Liderin Sərəncamı ilə məhz həmin tarix Gənclər Günü kimi təsis edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin dövlət gənclər siyasətinin uğurla davam və inkişaf etdirildiyi, ölkəmizdə milli məfkurəyə sadiq, müasir dünyagörüşlü, dərin vətənpərvər ruhlu yeni nəsil formalaşdığı, gənclərin intellektual və innovativ potensiallarının reallaşmasına geniş imkan yaradıldığı bildirilib, bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.

Nazir müavini dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan gəncliyinin hərtərəfli inkişafı nəticəsində onların ictimai-siyasi həyatda, dövlət idarəçiliyində fəallığının artdığını, könüllülük hərəkatının geniş vüsət aldığını bildirib, Vətən müharibəsində parlaq Zəfərimizin qazanılmasında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın qələbə əzmini nümayiş etdirən gənclərin qəhrəmanlığından söz açıb, ölkə rəhbərinin Gənclər Günü münasibətilə müraciətini xüsusilə vurğulayıb.

Gənclərin ümummilli məsələlərdə vətənpərvərliyini, Laçın-Xankəndi yolunda iki aya yaxındır davam edən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarının dayandırılmasına qarşı dinc etiraz aksiyasında fəal iştirak edən gənclərimizin əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyini bildirib, onlara ədliyyə işçilərinin dəstəyini ifadə edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.

Görüşdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ədliyyə orqanlarında “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər, o cümlədən nazirliyin saytında dahi rəhbərin çoxşaxəli irsinin öyrənilməsi və təbliği məqsədilə “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının yaradıldığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, hər bir ədliyyə işçisi, o cümlədən gənclər Heydər Əliyevin zəngin irsini, dövlətçilik ideyalarını daim öyrənərək ondan bəhrələnməli, Ümummilli Liderin hüquq-mühafizə orqanlarının işçiləri qarşısında müəyyən etdiyi dövlətçiliyə sədaqətlə xidmət etmək, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərini fəaliyyətlərində daim rəhbər tutmalıdırlar.

Tədbir iştirakçılarına Azərbaycan gəncliyinin inkişafı ilə bağlı hazırlanmış əsas sənədlər toplusu və digər metodiki vəsaitlər təqdim olunub, xatirə şəkli çəkdirilib.

Gənclər Günü ədliyyə orqanlarında geniş qeyd olunub, keçirilən bütün tədbirlərdə Ulu Öndərin yüksək amallarına daim sadiq qalan gənclərin Azərbaycan Prezidentinin rəhbərliyi ilə Vətənimizin hərtərəfli tərəqqisi naminə sədaqətlə və əzmkarlıqla çalışacaqları, yaradılan əlverişli imkanlardan səmərəli istifadə edərək görülən işlərdə fəal mövqe tutacaqları vurğulanıb.

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31