Tamam CƏFƏROVA Millət Vəkili:Müstəqil Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.
Müstəqil Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.

Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu.
Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, "Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında" (05.02.1991, № 20-XII) xüsusi qərar da qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilmiş, müsabiqəyə yekun vurulması isə Respublika Ali Soveti Rəyasət Heyətinə həvalə edilmişdi. 1991–1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu və 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, eləcə də 1919–1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919–1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.
Onu da qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır.

Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat ("Ən yaxşı gerb layihəsi"nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi. Lakin həmin müsabiqə uğurla nəticələnmədi və müvafiq gerb layihəsi qəbul edilmədi.
Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da "Azərbaycan" qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 27 aprel 1920-ci il rus sovet istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu buna imkan vermədi.
Dövlət gerbindəki simvolların məna və funksiyaları var.

Tamam CƏFƏROVA Millət Vəkili:Müstəqil Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.
Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.
Palıd yarpağı möhkəmliyi, sünbül isə bərəkəti bildirir.

Son xəbərlər

Ermənistan əbədi bədbəxtliyə doğru: Əliyev-Paşinyan görüşü olacaqmı? - TƏHLİL

Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI

Biləsuvarda su üstündə ata və oğlu döyülüb

Rusiyalı ekspertlər: “Ermənistanın Putinin həbsi qərarını qanuni sayması Rusiya üçün təhqirdir” - VİDEO

Aprelin 2-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda maşınında “Makarov” gəzdirən şəxs saxlanıldı - VİDEO

Azərbaycan Ordusu Qarabağda lokal əməliyyatlar keçirəcək - AÇIQLAMA

Prezidentin erməni idmançıya 8 il əvvəlki jesti yenidən gündəm oldu - Video

İkardi Azərbaycana təşəkkür etdi

Bakıda alça bu qiymətə satılır - FOTO

Bu ölkənin dövlət qurumlarında "TikTok", "Instagram" və "Twitter" qadağan edildi

Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

Türkiyəli aktyor vəfat etdi

Bakıda DƏHŞƏT: Bacısının ölümünə dözməyən qardaş intihar etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 106-cı GÜNÜ

Meteohəssas insanların NƏZƏRİNƏ

Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırıldı

Günün qoroskopu: Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın

Bakıda xilasetmə əməliyyatı...

Ərəb Dövlətləri Liqasının növbəti sammiti Səudiyyə Ərəbistanında keçiriləcək

Azərbaycanlı karateçilər Avropa çempionatında 8 medal qazanıblar - FOTO

FHN: Cəlilabadda mənzildə baş verən yanğın söndürülüb

Laçın-Xankəndi yolunda sülhməramlılara məxsus avtomobillərin intensivliyi artıb

“Qalatasaray”ın baş məşqçisi: “Qarabağ”ın oyununu bəyəndim

Qarabağ məsələsində Ərdoğan hakimiyyətinin yürütdüyü siyasət daha çox faydalıdır və lazımdır.

Okan Buruk: Bakıda möhtəşəm şəkildə qarşılandıq

Paytaxt teatrlarının bölgələrə qastrolu davam edir - FOTO

Bütün xəbərlər
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031