Nazirdən pensiya açıqlaması: Ciddi artım olacaq
“Əmək qabiliyyəti olmayan insanları sosial ödənişlər seqmentinə yönəldirik. Burada ən böyük seqmentimiz pensiya sistemidir. Bu gün 1 milyon 100 mindən çox vətəndaşımız aylıq əsasla pensiya alır. Ötən il yaşa görə pensiyalar orta hesabla 12 faiz artıb və 400 manata çatıb. Eyni zamanda, ümumi orta pensiyanın məbləği 12 faiz artaraq 372 manat olub. Əlilliyə görə də pensiyaların məbləği artıb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-də çıxışı zamanı deyib.

Nazir bildirib ki, üç-dörd il öncəyə nəzər salsaq, orta pensiyanın məbləği 220 manat idi, hazırda 400 manata çatıb. Bu rəqəm yanvarın 1-nə olandır:

“Bu il ərzində daha ciddi artım olacaq, çünki yanvarın 1-dən etibarən həm minimum pensiya artdı, həm də ötən ilin orta əməkhaqqı rəqəmləri təsdiq olunduqdan sonra pensiyaların indeksasiyası da həyata keçiriləcək. Burada da ciddi rəqəmlər gözləyirik. Pensiyaçılarımızın təminatının yaxşılaşdırılmasını qarşımıza hədəf olaraq qoymuşuq. Bu istiqamətdə işlərimiz davam edir. 2021-ci illə 2022-ci ili müqayisə etsək, pensiyaçılara ödədiyimiz əlavə ödəniş 410 milyon manatdan artıq olub. Bu sahədə davamlı siyasət aparılır”.

S.Babayevin sözlərinə görə, ikinci seqment əmək qabiliyyəti olmayan əlilliyi olan insanlardır. Həmin şəxslərin də pensiyalarında ciddi artımlar var və onlarla bağlı müxtəlif proqramlar həyata keçirilir.

“Müəyyən dərəcədə əmək qabiliyyəti olan əlilliyi olan vətəndaşlar da məşğulluq proqramlarına cəlb edilir. Onlara da həm özünüməşğulluq proqramı, həm də əmək müqavilələri çərçivəsində imkan yaratmağa çalışırıq.

Üçüncü seqmentimiz işləyən, lakin gəliri ailəsini dolandırmağa imkan verməyənlərdir. Burada da ünvanlı sosial yardım mexanizmini ciddi şəkildə genişləndirərək 60 min ailəyə çatdırmışıq, orta rəqəm isə 460 manata çatacaq. Bu da onlar üçün ciddi dəstəkdir. Bütün seqmentlərin hər birində incəliklər, çətinliklər olsa da, müsbət məqamlar da kifayət qədərdir. Təbii ki, passiv ödənişlərə maraq daha çoxdur. Lakin hədəfimiz ondan ibarətdir ki, insanları maksimum aktiv ödənişlərə cəlb edək. Eyni zamanda, haqqı çatan hər bir insan üçün əlçatanlığı təmin edək. Saxta yollarla həmin imtiyazlardan yararlanmaq istəyənlərin isə qarşısını alaq”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031