Baş örtüyü məcburiyyətinin götürülməsi İranda sabitliyin bərpasına təsir edəcəkmi?
Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasasını daşdırıb. İnsanların rejim gücləri tərəfindən döyülməsi, təhqir olunması və həbs olunması, yüzlərlə aksiya iştirakçısının edam edilməsi də ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına kömək etmədi. İran rejimi nə qədər sərt və qəddar tədbirlərə əl atdısa da, kütləvi etirazçıların sayı da bir o qədər artdı, tələblər siyasi xarakter daşımağa başladı.

AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, ölkənin ali rəhbəri Seyid Əli Xamenei ictimaiyyət nümayəndələri ilə görüşündə baş örtüyü geyinməyən qadınların inqilabın düşməni kimi qəbul edilməsinin yanlış olduğunu bildirdi. O qeyd etdi ki, qadınlar baş örtüyündən istifadə etməyə bilərlər və buna görə onlara irad tutmaq düzgün deyil. Ali rəhbərin mövqeyindəki dəyişikliyi başa düşmək olar. O, ölkədəki sabitliyin nəyin bahasına olursa-olsun bərpa edilməsini istəyir. Lakin İranda baş verən hadisələrin gedişatına baxdıqda bu açıqlamanım çox gecikdiyini görərik. Düzdür, İrandakı daxili sabitlik məhz baş örtüyü səbəbindən pozulub. İyirmi iki yaşlı bir qızın sentyabrın 16-da baş örtüyünü düzgün örtmədiyi üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq öldürülməsi İranda əhalinin küçə və meydanlara çıxaraq hökumət əleyhinə güclü etirazlara başlamasına gətirib çıxardı. Az keçmədi ki, tələblər siyasi xarakter daşımağa başladı. Artıq aksiya iştirakçıları baş örtüyünü qadağan edən qanunun ləğvini deyil, rejimin ləğvini tələb edirlər.

Hökumətin etirazçılara qarşı tətbiq etdiyi qəddarlıqlara baxmayaraq, aksiyaların əhatə dairəsi genişlənir. İranın tanınmış mədəniyyət, idman, ictimai xadimləri, jurnalistlər də aksiya iştirakçılarına dəstək verməyə başlayıblar. Onlar həbs və məhrumiyyətlərə məruz qalsalar da, mübarizəni davam etdirir, sosial şəbəkələrdə rejimə qarşı fikirlərini açıq ifadə edirlər.

Bu hadisələr İranın beynəlxalq nüfuzuna da ciddi zərbə vurub. İranda etiraz notası almayan avropalı səfir qalmayıb. Bütün bunlar İran hakimiyyətini xarici düşmən axtarışına vadar edir.

Beləliklə İranın ali rəhbərinin baş örtüyü barədə açıqlamasının ölkədə sabitliyin bərpasına nə qədər təsir edəcəyini zaman göstərəcək. Lakin görünən odur ki, İranda islam inqilabı tədricən dayaqlarını itirməkdədir. Baş örtüyü qadağasının aradan qaldırılmasından sonra dinin dövlətdən ayrılması və buna bənzər digər tələblərin də irəli sürüləcəyi istisna edilmir.

Son xəbərlər

Süni intellektlə ölən müğənnini “diriltmək” qanunidirmi? - CƏZALAR

Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Единая школьная форма: равенство, свобода и ответственность

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Söz mülkünün sultanı Söz Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Buna sahiblənmək isə var-dövlət, səadətdir.

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031