Xankəndidə gərginlik: Vardanyan Balasanyanı “VURDU”


Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanla separatçıların “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs Vitali Balasanyan idisə, indi onu arxa plana atıblar.

Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə iştirak etməyib.

“Mənbəmiz deyir ki, Vardanyan tələb qoyub: ya mən, ya da Balasanyan”, - deyə “Hraparak” qeyd edib.

Məqalədə bildirilib ki, Vitali Balasanyanın tezliklə “Təhlükəsizlik Şurası”nın “katibi” postu ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb: Qarabağ separatçılarının “müdafiə qüvvələri”nin keçmiş “komandanı” Levon Mnatsakanyan.

“Hraparak” bildirir ki, Qarabağ separatçılarının keçmiş başçısı Bako Saakyan hazrda Ruben Vardanyana komanda qurmaqda fəal şəkildə kömək edir.

O da qeyd olunur ki, Qarabağda separatçıların hazırkı başçısı Arayik Arutyunyanın da “vurulma” prosesi gedir. Bu səbəbdən Arayikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb.

“Artsaxda rəvan hakimiyyət dəyişikliyinin başlandığı və Paşinyanı rədd edə bilən Vardanyanın hakimiyyətə gəldiyi görünür”, - deyə “Hraparak” milyarderin Azərbaycanla barışmaz mövqeyə malik olduğunu yazır.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31