Xəbərlər
12.12.2022, 22:29
Ədliyyə naziri Qobustanda vətəndaşları qəbul edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 14-də Qobustanda ədliyyə fəaliyyəti ilə bağlı Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, vətəndaşlar qəbula Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 64, əlaqə telefonu: (018) 642-44-11, (050) 406-68-53), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 099-317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay