Ədliyyə naziri paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Pandemiya ilə əlaqədar karantin tədbirlərinin yumşaldılması çərçivəsində vətəndaşların bölgələrdə səyyar qəbulları bərpa olunub. Eyni zamanda, nazirlikdə vətəndaşların müraciətlərinə elektron qaydada baxılması və videoformatda qəbulları davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 23-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində keçirilən qəbulda vətəndaşların, xüsusilə Xocalıdan olan və digər müharibə iştirakçılarının, əlillərin, şəhid ailə üzvlərinin müraciətləri dinlənilib, qayğıları ilə maraqlanılıb. Onların qaldırdıqları məsələlər araşdırılması üçün nəzarətə götürülüb, zəruri tədbirlərin görülməsi ilə bağlı nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Regional ədliyyə idarələri vasitəsilə qəbula qoşulan vətəndaşlar dövlətimizin başçısının şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının xatirəsini hər zaman uca tutaraq şəhid ailələrinə, Qarabağ əlillərinə və digər müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, videoqəbulun təşkilindən məmnunluqlarını bildiriblər.

Xatırladırıq ki, dövlətimizin başçısının tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 2-də ədliyyə naziri tərəfindən Füzuli rayonunda Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar qəbula Qarabağ və İmişli regional ədliyyə idarələri (əlaqə telefonları: (055) 326-36-37 və (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (077) 306-93-09 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı, eləcə də elektron qaydada exidmet.justice.gov.az portalı vasitəsilə yazıla bilərlər.

Son xəbərlər

Bir Mayis Əlizadə var idi... - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930