Azərbaycanın tarix yaradan xilaskar Lideri
Hər bir millətin tarixində onu irəli aparan bir lider olur. Azərbaycan xalqının taleyinə düşən böyük şəxsiyyətlər arasında Ulu Öndər Heydər Əliyevin yeri tam başqadır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

Deputat bildirib ki, müstəqilliyin bərpasından sonra yaşanan xaos Azərbaycanı uçuruma yuvarlamışdı. Xalqın yeganə ümid yeri isə Ümummilli Lider Heydər Əliyev idi. Məhz belə də oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkədəki bütün daxili çəkişmələrə, hərc-mərcliyə son qoydu. Azərbaycanı yeni inkişaf mərhələsinə çıxartdı. Yeni neft strategiyası həyata keçirildi. Ölkənin sənaye, kənd təsərrüfatı sahələrinin inkişafı ön plana çəkildi, yeni istehsal müəssisələri yaradıldı. Bir sözlə, xalqın rifahının yüksəldilməsi dövlətin əsas məqsədi oldu.

Ağalar Vəliyev diqqətə çatdırıb ki, Ulu Öndər bütün sahələr üzrə islahatlar aparmaqla Azərbaycanın xilaskar lideri oldu. Onun uzaqgörən siyasəti həyatın bütün sahələrini əhatə etdi, gənclərin təhsili, ordu quruculuğu, elm və mədəniyyətin inkişafı xüsusi diqqət mərkəzində saxlanıldı. Azərbaycana iki dəfə başçılıq etmiş bu dahi şəxsiyyət 1969-1982-ci illərdə ölkəmizi keçmiş SSRİ məkanında ən qabaqcıl respublikalar sırasına yüksəltmişdi.

Həmçinin vurğulanıb ki, sovet dövründə Azərbaycanı keçmiş ittifaqın qabaqcılları sırasına çıxaran Heydər Əliyev müstəqillik illərində də öz missiyasını müdrikcəsinə həyata keçirib, dövlətimizi parçalanmaqdan, xalqımızı öz azadlığını itirməkdən xilas edib. Bu baxımdan istər sovet, istər müstəqillik illərində Heydər Əliyevin müəllifliyi ilə qazanılan hər bir uğur tariximizin qürurverici səhifələridir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının həyata vəsiqə almasıdır. Heydər Əliyev yolunu layiqincə, qətiyyətlə, inamla davam etdirən, ən nüfuzlu siyasi liderlərlə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi ilə keçilən inkişaf yolu Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib.

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olunduğunu diqqətə çatdıran Ağalar Vəliyev söyləyib ki, Qələbəyə aparan yolun əsasını illər öncə Ulu Öndər müəyyən etmişdi. “Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Onun təməlini qoyduğu inkişaf siyasəti yalnız sosial-iqtisadi sahə ilə tamamlanmayaraq, kompleks xarakter daşıyırdı. Əlbəttə, bəzən qarşıya qoyulan hədəflərə çatmaq üçün illər, onilliklər lazım gəlir. Eyni zamanda, bu vaxt daim nəzərə alınırdı ki, biz yalnız Ermənistanla yox, dünyada özünə yer etmiş erməni lobbisi ilə qarşı-qarşıyayıq. Bu baxımdan, Heydər Əliyev bütün məsələləri zərgər dəqiqliyi ilə ölçüb-biçmişdi. Ali Baş Komandan İlham Əliyev böyük Zəfəri dəyərləndirərkən dedi ki, bu savaşı müstəqillik dövründə böyüyən vətənpərvər gənclər qazanıb. O gənclər ki, məhz Ulu Öndərin yaratdığı hərbi məktəblərdə təhsil alıb yüksək hazırlıqlı zabit kimi yetişdilər”, - deyə A.Vəliyev vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı uçurumdan qurtarıb yeni inkişaf yoluna çıxartdısa, Prezident İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirən lider oldu və bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük İkinci Qarabağ savaşında qalib olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.

Ağalar Vəliyev, həmçinin Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə keçirilən mərasim və Azərbaycan Prezidenti, Partiyanın Sədri İlham Əliyevin bu tədbirdəki çıxışı fonunda tarixi proseslərin obyektiv dəyərləndirilməsi baxımından əlamətdar olduğunu da söyləyib. Bildirib ki, Yeni Azərbaycan Partiyası faktiki olaraq 30 il ərzində ölkəmizdə demokratik, siyasi mühitin yaradılmasının tərəfdarı olub. Yeni Azərbaycan Partiyasını ümumxalq partiyası kimi xarakterizə etməyə imkan verən digər mühüm amil isə onun cəmiyyətin bütün təbəqələrindən olan sağlam düşüncəli, vətənpərvər insanları birləşdirməsidir. Prezident İlham Əliyevin liderliyi, aparılan siyasətə ümumxalq dəstəyi və Yeni Azərbaycan Partiyasının da fəal iştirakı ilə dövlətimiz daha da inkişaf edir, böyük hədəflərə, işıqlı amallara doğru əzmlə irəliləyir.

Milli Məclisin deputatı onu da əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilməsi və dahi şəxsiyyətin 100 illik yubileyi həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək. Bütün bunlar isə qədirbilən xalqımızın azərbaycanlı olması ilə həmişə qürur duyan, "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək siyasət meydanına atılaraq xalqı və dövlətinin xilası, onun gələcəyi üçün misilsiz işlər həyata keçirən Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə dərin ehtiramı, minnətdarlığıdır.

Son xəbərlər

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31