Fəqət Şadlinskaya: YAP şanlı və əzəmətli ənənələrə malik partiyadır
Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını zəruri edən də məhz həmin dövrün reallıqları idi. Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə böyük narahatlıq hissi keçirən ziyalılarımız Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Beləliklə, 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi, Partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Ulu öndər Heydər Əliyev açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Təşkilatın sədri bildirib ki, YAP yarandığı gündən xalqın partiyası kimi tanınıb. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyaya xalqın inamı böyükdür. YAP proqramında hədəflərini açıqlayaraq onların həyata keçirilməsi istiqamətində davamlı addımlar atıb. Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bir neçə ay keçdikdən sonra hakim partiyaya çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində oldu.

Azərbaycanın bu gününü və gələcəyini düşünərək möhkəm təməl yaradan ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir çıxışı, ən yüksək tribunalardan səsləndirdiyi fikirlər dünyaya nümunə göstərilən inkişaf modelimizin təqdimatıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının ötən il tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı həm ölkəmizin, həm də partiyanın qarşısında dayanan vəzifələrin açıqlanmasında əhəmiyyətli rol oynadı. Prezident, YAP Sədri İlham Əliyev bir daha bu əminliyi böyük qürur hissi ilə ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində dayanacaq. Yeni Azərbaycan Partiyası şanlı və əzəmətli ənənələrə malik olan partiyadır.

Son xəbərlər

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31