Qənbər QURBANOV: “Dədə ocağından boy verib ucalmaq şərəfini daşımaq da xoşbəxtlikdir”

Baxış Sayı:96

Qənbər QURBANOV: “Dədə ocağından boy verib ucalmaq  şərəfini daşımaq da xoşbəxtlikdir”
Bu yazını heç də tasqdüfi yerə paylaşmadım. Bu məqalə 10 ildir ki, çapa hazır olan “Ağdabanım-bağrı qanım” (qardaşım İbrahim Səfərli ilə birgə hazırlamışıq) kitabımdandır. Qənbər müəllim çoxlarımızın bilmədiyi həqiqətləri, erməni vandalizminin çirkin niyyətlərini bu yazıda və kitabda ifşa edir.
Artıq bir ildir ki, aramızda olmayan, yalnız Dədə Şəmşir ocağının deyil, kəlbəcərlilərimizin hamısının ağsaqqalı olmuş, ümid və pənah yerinə çevrilmiş Qənbər Qurbanov Ulu Öndər Heydər Əliyevin yetirdiyi kadrlardan biri idi. Adi kənd müəllimliyindən rayon icra hakimiyyətinin başçısı vəzifəsinədək bir sıra məsuliyyətli vəzifələrdə çalışdı. Kəlbəcərdə qurub-yaratdı...
Təəssüf ki, ömür aman vermədi ki, Kəlbəcərin yenidən qurulmasında da ağsaqqal kimi tövsiyələrini versin, kəlbəcərlilərini başına cəm edərək, Dədə yurduna dönsün.
Yeri behişt, ruhu şad olsun Dədəmizin də, onun qeyrətli yadigarıı Qənbər Şəmşiroğlunun da! Kəlbəcər düşməndən azad edilib. Bu gün orada bizik-kəlbəcərlilər...


Məhəmməd Nərimanoglu,
bakı, 16 noyabr 2022-ci il, saaat 23-23

***
Ağdaban Ağdərə rayonunun Çapar kəndiynən qonşu idi. Bizim bir babamız vardı (Dədə Şəmşirin əmisi) Mirzə kişi, yüzdən artıq yaşı vardı. Kişinin yaddaşına söz ola bilməzdi. O, rəhmətlik dədəmgilə danışırdı ki, Bəylik (Ağdərə rayonunun ərazisi) həmişə bizim olub. Sonra öz əlimizlə başımıza oyun açmışıq, özüdə gör necə. Mirzə kişi danışırdı ki, bəylər erməniləri gətirmişdilər ki, mal-heyvanlarını otarsınlar, əkinlərini əkdirsinlər, biçinlərini elətdirsinlər. Ermənilərə də elə bu lazım imiş. Onlar da üç-üç, beş-beş gəlib oldular “el-oba”. Vaxt olurdu ki, bizim bəylərlə Qarabağ bəyləri küsüb inciyirdi. (lap elə bəylərimizin dövründə olduğu kimi). Nədi-nədi, bəs onlar imkan vermir ki, biz də İrandan, Türkiyədən, Qarabağdan erməniləri gətirib qapı-bacamızda nökər saxlayaq, mal-qaranı otardıraq. İndi adama gülməli gəlir. Mirzə babamın o vaxtkı söhbətində nə qədər tarixi faktlar var imiş. Amma həqiqqət beləydi. Erməniləri biz özümüz eşinə-eşinə ocaq başına çıxarmışıq.
Hə, o Capar kəndi, orada ermənilər binə olmuşdular, əsl adı Usaçıqdı. Elə Ağdabanın da adı təhrif olunub. Kənd çox dumanlı olub. Özü də bəmbəyəz, ağappaq. “Ağ duman “ sözü illər getdikcə təhrif olunaraq “ Ağdaban” şəkilində qalıb. Bax beləcə kəndimizin də adı repressiyaya uğrayıb. İndi bunun bir o qədər vərqinə varılmasa da, hər halda, tarix saxtalıq sevmir. Həmin bu Ağdaban kəndi Usaçıq kəndi ilə (Çaparla) uzun illər qonşu olub. 1905-ci il qırğınından bi-iki il qabaq ermənilər məsələ qaldırıb ki, Ağdaban bizimdi. Bizim kənddə də Məhəmməd adlı bir kişi olub, Allah rəhmət eləsin. Deyirlər ki, ,ox qoçaq kişi imiş. Gedib Gəncə Quberniyasına, Qubernotorun yanında erməniləri başa salıb ki, əgər desəniz ki, bu kənd bizimdi, onda vay halınıza – qonşu davası çox uzun olur. Həqiqəti nədirsə, onu deyirəm. Qubernator deyir ki, nə məsələdi ? Erməni qoçalarından biri deyib ki, “belə də, biz hələ uşaq olanda bizə deyərdilər ki, Ağdabanda bizim torpaqlar, qohumlar var. İndi istəyirik ki...”
Bizim ermənilərlə qonşuluğumuz belə başlayıb. Xəritədə Ağdaban kəndi Dağlıq Qarabağın ərazisində yerləşdiyi göstərilirdi. Amma hələ o, vaxt Sovet höküməti qurulanda bizim əhali, hamılıqla səs qaldırıb ki, biz Dağılıq Qarabağa deyil, Kəlbəcərə baxırıq. Əslində elə ərazi Kəlbəcərə məxsus idi. (Çox güman ki, bu da ermənilərin əli ilə edilmişdi. Çünki xərtələrimizi o zamanlar ermənilər işləyirdi. Bu barədə tutarlı faktlar az olmayıb- M.N). Odur ki, Kəlbəcər o vaxtdan Ağdabanı özünə qaytarıb. Elə axıra kimi də Kəlbəcərin tabeliyində olub. Allah ermənilərə min lə`nət eləsin. 1905-ci ildə bizim babalarımız necə ermənini 3 ay Ağdabanda saxlayıb, çörək verib. Bizim onlarla münasibətlərimiz həmişə belə olub. Nə oldusa, 1985-87 –ci illərdə oldu. Gördük ermənilər nə əməlləsə məşğuldur.
Qənbər QURBANOV: “Dədə ocağından boy verib ucalmaq  şərəfini daşımaq da xoşbəxtlikdir”
QƏMBƏR QURBANOV

...Basarkeçərdən yol açmışdıq. Ermənistandan Ağdərəyə bu yolla çox kəsə gəlirdilər. Hə, bir gün söhbət yayıldı ki, erməni maşınları kələmin altında Qarabağa-Xankəndinə silah daşıyır. Camaat bunu bilirdi. Amma o vaxtkı Sovet KQB-si bunu danışmağa icazə vermirdi. Kimin nə həddi var idi ki, belə söz danışsın, elə gecə ikən aradan götürərdilər. Burdan belə bir sual meydana çıxır: “Bəs, necə olurdu ki, qara camaat bu fitnəkar hərəkətləri görürdü, amma Sovet KQB-sinin bundan xəbəri yox idi?
Bizim kənddə monastr var “Xudavənd” adlı. Ermənilər gəlib onu söküb, erməni yazıları yazıblar. Qədimi yazılarla sonralar əlavə olunan cızmaqaralar bir anlıqdan hiss olunur. Ermənilər albanların yazdıqları bu tarixi sənədi də “özününkiləşdirmişdi”. Ermənilər orada yazılmayan faktları bizə zorla sırıyırdılar. Güya orada yazılıb ki, filan yerdə filan şey var, filan kənddə filan erməni yaşayıb və s. Bütün bu cəfənglərin bir məqsədi var imiş: tariximizi saxtalaşdırmaq, dünya ictimaiyyətini çaşdırmaq”. O, zamankı laqeyidlik evimizi yıxdı. Ermənilərin o, zamandan Ağdabanda gözü vardı. Ağdaban gözəl yerdi: suyu, havası, torpağı, sərin bulaqları, yaylaqları, narzan, turş suları... təəssüf ki, o vaxtlar biz bunların qədrini bilməmişik.
1987- ci il hadisələrindən sonra ermənilərlə bizim camaatın arasında nifaq kücləndi. Onu da deməliyəm ki, onda bə`zi ikiüzlülər (bizim içərimizdən olanlar) yalançı xəbərlər aparırdılar. Onda mən Kəlbəcər Rayon İcraiyyə komitəsinin sədi idim. Ermənilərə özümüzünkilər xəbər verirdi ki, Qəmbər müəllim hər evə bir top gətirib. Hər evə bir pulemyot qurub, nə bilim avtomat paylayıb. Bir sözlə, güya ki, bütün Ağdaban camaatı silahlanıb. Bu “Danosların” adlarını bilsəydim, o zaman onları cəzasız buraxmazdım. 1990-cı ildən sonra ermənilərin vəhşilikləri daha da artdı. Bizi başsız görən vaxtlarıydı da. Bu faciənin də ağrı asısını bizim nəsil, kəndimizin camaatı çəkdi. Ermənilər Capardan keçən maşın karvanının qarşısını kəsib, camaatımıza hücum etdi. Bacım Çimnaz elə orda həlak oldu. Şahlar əbədiyyətə qovuşdu. On üç nəfərdə yaralanmışdı. Maşın karvanını məhv etmək planları var imiş. Bir rus əsgəri (Sergey Mezentsev-M.N) yola qoyulmuş minalarınməftilini görüb və yolu açmaq istəyəndə quldur ermənilər onu güllə-barana tutmuşdular. 11 iyul 1990-cı il tarixdə bacım Çimnaz bax beləcə, erməni quldurları tərəfindən qətlə yetirildi. Torpaqlarımız işğal edildi.
Ağdabanda qardaşım Ələsgər ermənilərlə bizim aramızda bir xəndək qazdırmışdı ki, vəhşi ermənilər kəndə tankla, BMP, bir sözlə hərbi texnika ilə girə bilməsin. O şübhələnmişdi ki, birdən ermənilər kəndə hücum edər. O zaman həmin minalar, kimlərinsə göstərəşi ilə faciədən bir gün əvvəl çıxarılmış, xəndəklər doldurulmuşdur.
1992-ci il aprelin 8-də səhər saat 4 radələrində, ermənilər öz faşist əməllərini gizlədə bilmədilər. Çoxdan pusquda dayanan ac canavar kimi, günahsız kənd camaatını parçalayıb onları odlara qaladılar. Ağdabanla Çayqovuşan darmadagın edildi.
...1992-ci il də mən Gədəbəydə işləyirdim. Mart ayınıi 17-də kəndə gedib anama baş çəkdim. Yazıq anam, o vaxt mənə dedi ki, ay bala, bu erməni köpəkuşaqları dinc oturmurlar. Ürəyimə damıb ki, kəndə hücum edəcəklər. Dedim: “Ay ana, bizim də silahlarımız var, qorxmayın”. Nə biləydim ki, bu cür faciə olacaq. Sadiq əmim deyir ki, (onun evi kəndin qırağında idi) çıxdım ki, tövləyə baxım, gördüm dağın başından güllə atıldı. Mən içəri girməklə evin üstünə güllə yağışı yağdı.
O, evdəkiləri ayıldır ki, nə yatıbsınız, qalxın ermənilər kənddə doluşub:..
Ermənilər kəndin özünümüdafiə dəstəsinin uşaqlarından Qorxmazı, Ziyyəddini, Rəiyyəti və başqalarını vəhşicəsinə qətlə yetirmişdilər. Öldürülmüş cavanların da ciyərini də çıxartmışdılar, qatillər. Xalam oğlu Hidayət elə bilib ki, onlar bir-iki nəfərdir.Axıra kimi təkbaşına vuruşub. Yazığı öldürüb başını da kəsib aparmışdılar. Sonradan axtarıb meşədə tapdıq meyidi. Kəndlərimizdə 100 ev var idi. Demək olar ki, hamısını da yandırıb dağıtmışdılar.Televiziyada və digər mətbuat vasitələrində isə bu faciəni çox soyuqqanlıqla: sükutla qarşıladılar. Güya ki, Ağdabanda bir iki evə atəş açılıb və bizimkilər erməniləri ... qovublar. Əsl həqiqət isə bu idi. Cayqovuşanla Ağdaban tamamilə dağıdılmış, əhalisinin qırılanı qalmış, sağ qalanları isə qolubağlı əsir aparılmışdı.
Ermənilər həmin gün Sovet müəllimi və qızını əsr götürmüş, oğlunu öldürmüş arvadını isə yandırmışlar. Sevinc müəlliməni (cavan gəlini) və iki uşagını da girov götürmüşdülər. Sonralar əsirlikdən çətinliklə buraxılan Sovet müəllim danışırdı ki, arvadım çox igid qadın idi. Görür ki, qapını kəsib. Evdən ov tüfəngini götürür ki, quldurları yerindəcə gəbərtsin, amma azğın quldurlar onu əlini tətiyə aparmağa macal vermirlər. Köməyə özünü çatdıran Sovet müəllimi isə öldürməyib (işgəncə vermək üçün-M.N), əsir aparırlar. Deyir ki, girov aparılanların başına olmazın müsibətlərini açırdılar...
...Ermənilər harada yaxşı ev var idisə birinci onu yandırmışdılar. Əmim Bəşir kişinin evi kəndin bu başındaydı. Bir az aşagıda qardaşım oglu Qulunun eviydi. Bacım çıxıb baxır ki, Qulu gəlir. Qulu da kəndin müdafiə dəstəsində idi. Qışqırır ki, kəndə qaç! Anam da bizdə imiş. Uşaqlardan ikisi anamı götürüb evdən çıxır, aparırlar meşəyə. Bacım görür ki, Qulu gedib girdi əmim Bəkirin evinə. Sonra əmimin evindən tüstü qalxdı. Əmimin arvadını və bir də Qulunu ermənilər diri-diri yandırmışdılır. Əmim yazıgın silahı vardı. Götürüb ermənilərə atəş açır, ermənilər də bu qisasa görə onlara od vurub yandırmışdı. Əmimin birini yuxarıkı dərədə öldürmüşdülər, birini də kəndin aşagısında.
Bizim nəsildən 14 nəfəri ermənilər vəhşicəsinə qətlə yetirib. Deməli, xalam oglunun başını kəsiblər, şair Əlqəmənin oğlunu deyirəm. Ondan sonra bibim oğlunu, əmim oglunu da öldürmüşdülər. Bibim qızı yaşlı qadın idi. 70 yaşı vardı. Səs-küy salıb deyə onu evdə diri-diri yandırıblar... Həyat arvadın oglu Musa şikəst idi (28 yaşında). Hadisə zamanı çıxıb gedib ki, baxsın görsün nə olub. Məktəbin yanında ermənilər onu səsləyiblər “Ara, hara gedirsən?” - Deyib ki, evə gedirəm də. İndi görün Musanı hansı işgəncə ilə öldürüblər. Ot tayasını odlayıb, Musanı da tullayıblar oda (diri-diri).Yazıq uşaq, bağıra-bağıra tayanın içində alışıb yanıb.Əmim oglu deyir ki, mən bunlari uzaqdan gördüm, kömək edə bilmədim. Onlar çox idilər.Musanın çıgırtısı indi də qulağımdadı. Ermənilərdə ki, bu tayanın ətrafında oynaşırdılar. Harayına gələn Musanın anası Həyat arvadı da ermənilər vəhşicəsinə güllələdilər.
Bu idi başımıza gələn müsibətlər. Ermənilər iki kəndin 100 evindən 53-nü, babamın əlyazmalarını, ondan nə qalmışdısa yadigar, hamısını yandırmışdılar. Çayqovuşanda birinci bizim evimizi dagıdıblar. Yeznəm Allahverdi görüb ki, haray-həşir var, səsə gəlib. Görüb evi yandırırlar. Qaçıb canını qurtarıb. Dədəmin qəbri Agdabanla Çayqovuşan kəndinin arasındadır. Məhəmməd qəbri müdafiə edib. Ölənə kimi döyüşüb. 3 erməni öldürüb. Aşagı tərəfdən qardaşım Ələsgərlə 10 nəfər əsgər maşınla kəndin müdafiəsınə gedirmişlər. Maşın qayanın ətəyi ilə gedərkən ermənilər yuxarıdan minaatanla atıblar. 10 nəfər əsgərin hamısı həlak olub. Ələsgər və bir-iki nəfər də maşının kabinəsində. Kabinəyə 100-dən çox güllə dəyib, amma Allah onları saxlayıb. Salamat qalıblar, düşüblər çayın qıragına.
Həmin gün Bakıda idim. Eşidən kimi tə’cili Gəncəyə getdim. Əlisaab Orucovla görüşdüm. Aprelin 9-da olduq Kəlbəcərdə. Mənə dedilər ki, kəndə getməyin. Dedim necə yəni getməyin? Mənim kəndimi yandırıblar, necə olur-olsun kəndə, Agdabana
getməliyəm. Xocalı faciəsini hamı bilir. Agdaban-Çayqovuşan kəndləri isə iki dəfə yandırılıb, camaatı süngülərə çəkilib, başları kəsilib, ciyərləri-urəkləri çıxarılıb. 1992-ci il aprelin 8-də, bir də 1993-cü il martın 26-da Xocalı hadisəsindən də faciəli bir bəla gəldi bu iki kəndin başına. O vaxt başıboş rəhbərlərimizin vicdansızlığı ucbatından televiziyada hay-haray qaldırılmadı, yerli mətbuat vasitəsi ilə xalqa çatdırılmadı, eremənilərin törətdikləri bu vəhşiliklər. Aqibətimizə bu düşdü ki, hal-hazırda torpaqlarımızın 20%-dən çoxunda erməni yagıları at oynadır.
1992-ci il 8 aprel günü Camal kişinin 4 yaşlı qızını nizəyə keçirib xəndəyə tullamışdılar. Camal kişiyə qızına qəbir qazdırmışdılar. Agdaban-Çayqovuşan ona görə Xocalıdan fərqlidir ki, Xocalıda əsas hadisəni rus ordusunun muzdluları, bizim kəndlərdə isə ermənilər özləri törətmişdilər. Qənizadə kimi səriştəsiz, şəxsiyyətsiz ordu başçılarımızın vicdansızlıgı üzündən belə bəlalara düçar olduq.
Bu iki kəndin faciəsi ona görə dəhşətlidir ki, ermənilər görünməmiş vəhşiliklər etmişlər: Bəkir kişini, Qulunu, Zeynəb arvadı, Fatmanı, Həyatı, Musanı həmin gün diri-diri yandırmışdılar.Körpə uşaqları süngülərə keçirmişdilər. Bu faciəli 8aprel 1992-ci ildən sonra Kəlbəcərin qara günləri başlandı. Bütün bunlara baxmayaraq kəndlərin camaatı Kəlbəcərdən geriyə Agdabana-Çayqovuşana qayıtdılar. Çətin də olsa kənddə yaşayış vəziyyətini yaxşılaşdırmaga başladılar. 1993-cü il martın 26-da kəndlərimiz ikinci dəfə talan oldu. Faciəli surətdə yagı düşmən tərəfindən yandırıldı. Camaat qanına qəltan edildi. Kəlbəcər alınmaz qala idi, erməni heç vaxt bu torpagın bir qarışını ala bilməzdi.
Heydər Əliyevə 1993-cü ilin noyabrında, Gəncədə müşavirə keçirilərkən ilk dəfə möhtərəm Heydər Əliyev deyə, müraciət edərək demişdim ki, bu millətə siz rəhbərlik edib, siz ağ günə çıxara bilərsiniz. Bunları deməkdə məqsədim nə vəzifə istəməkdir, nə də bir şey diləmək. Onu demək istəyirəm ki, bu gün də, sabah üçün də bu xalqı bəlalardan birdəfəlik Azərbaycan xalqının prezidenti Heydər Əlirza oglu qurtqra bilər.İnanıram ki, bu gücü, bu qüvvəti Allah özü ona bəxş etmişdir.
Fikrimi atamın bir işıqlı, ümidli bəndi ilə bitirirəm:
Şəmşirəm, qəlbimdə dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz,
Köçər bu zimistan, qorxma, gələr yaz,
Bir də görəcəksiz bahar, aglama

1993-cü ilin aprelində məni zorla Kəlbəcərə İcra Hakimiyyətinin başçısı tə’yin etdilər. Doqquz gün getmədim. Əbülfəz Elçibəy məni çagırıb dedi ki, niyə getmirsen? Dedim ki, Gədəbəydə İH-nin başçısı idim. Sənin adamların gəlib məni avtomatla kabinetimdən çıxartdılar. Mən sənin kimi adamlarla işləyə bilmərəm. Xahiş edirəm, nə inciyin, nə də küsün. Dedi ki, iki ay mənə kömək et, sonra baxarıq. Bu hadisə Kəlbəcərin işgalından sonra olmuşdu. İndi görün mən nələr çəkmişəm. Bir yandan Kəlbəcər dərdi, bir yandan da qohum-əqrabamın, bacı-qardaşımın uşaqlarının şəhidliyi, millətimin acı taleyi mənim dərdlərimin üstünə dərd calamışdı. Əmim Bəkiri, arvadı Zeynəbi, bacım Çimnazı, qardaşım oglu Qulunu, bibim qızı Fatmanı, dədəmin bibisi qızı Həyatı, oglu Musanı diri-diri yandırmışdılar. Xalam oglu Hidayəti, əmim oglu Ziyəddini, Qorxmazı, Rəiyyəti(onlar könüllülər idi) məhv etmişdilər. Qohum əqrabanı Kəlbəcərdə Şəhidlər xiyabanında dəfn etdik. Bu dərdlərin hansına dözmək olur ki...Dədəm Şəmşirin, bacım Çimnazın başdaşını güllə-baran etmişdilər. Sağalmaz yaralardır...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR