
Xəbərlər
29.10.2019, 10:16
Yasamalda kişini ürəyindən bıçaqladılar

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, insident Ə.Əhmədov küçəsi 31A ünvanında qeydə alınıb.
Belə ki, "Günəş pretrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olan İ.Qasımova döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










