Xəbərlər
22.10.2022, 00:50
Qadın güləşçimiz Nigar Mirzəzadə U-23 dünya çempionatında gümüş medal qazanıb
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qadın güləşçimiz Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb – 7:1. Güləşçimiz dörddəbir finalda qazaxıstanlı Dariqa Abenə “tuşe” ilə qalib gəlib. Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabı ilə məğlub edən N.Mirzəzadə finala yüksəlib.
Təmsilçimiz həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş yaponiyalı Miva Morikavaya (0:10) məğlub olaraq gümüş medal qazanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay