Üç güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ikinci yarış günündə - sentyabrın 11-də yunan-Roma güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.

Güləşçimiz Taleh Məmmədov (63 kq) səkkizdəbir finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz növbəti mərhələdə finalda Olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib - 3:1. T.Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nada (0:5) məğlub olub. Güləşçimiz bürünc medal uğrunda yarışacaq.

Millimizin üzvü Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa səkkizdəbir finala yüksəlib. H.Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0. Gənc güləşçimiz dörddəbir finalda çinli Husiyetu Husiyetudan güclü olub - 7:0. İdmançımız finalın bir addımlığında Avropa çempionu və dünya üçüncüsü Mate Nemeşlə qarşılaşıb. Təmsilçimiz serbiyalı rəqibinə 2:5 hesabıyla məğlub olub. Millimizin üzvü bürünc medal üçün mübarizə aparacaq.

Yığmamızın üzvü Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub - 0:11. Ancaq rəqib finaladək irəlilədiyi üçün R.Hüseynov təsəlliverici görüşə çıxacaq.

Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabı ilə qalib gəlib. A.Niftullayev səkkizdəbir finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib - 8:0. Güləşçimiz daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşıb. Təmsilçimiz ilk hissəni 3:0 hesabı ilə öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib. Avropa çempionu və dünya ikincisi olmuş rəqibinə "tuşe" ilə uduzan güləşçimiz bürünc medal uğrunda güləşəcək.

Bu çəki dərəcələrində təsəlliverici görüşlər və medal qarşılaşmaları sentyabrın 12-də keçiriləcək.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31