Yunan-Roma güləşçimiz Davud Məmmədov dünya çempionatının finalına yüksəlib
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın ikinci günündə - iyulun 26-da 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Milli komandamızın üzvü Hüseyn Savadov (45 kq) ilk mərhələdə türk Ömər Altaşı üstələyib - 2:1. Ancaq dörddəbir finalda özbəkistanlı Şaxzod Ruzioxunova məğlub olub - 3:11. Rəqib finala yüksəldiyi üçün H.Savadov bürünc medal uğrunda rumıniyalı Yonut Mereutayla qarşılaşacaq.

Vədat Qasımlı (51 kq) startda erməni Armen Gevorqyandan güclü olub - 4:2. Lakin dörddəbir finalda özbəkistanlı Aytjan Xalmaxanovla bacarmayıb - 4:12. Rəqib finaladək irəliləyib. Bu da millimizin üzvünə 3-cü yeri tutmaq şansı verib. V.Qasımlı təsəlliverici görüşdə israilli Amare Feteneni sınağa çəkəcək.

Məhəmməd Qasımzadə (60 kq) təsnifat mərhələsində misirli Omar Murada (tuşe) uduzub.

Davud Məmmədov (71 kq) səkkizdəbir finalda ukraynalı Maksim Radikə (3:1), növbəti mərhələdə isə qazaxıstanlı Tahir Amangeldiyə (5:2) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ermənistanlı Ararat Varderesyanla üz-üzə gələn həmyerlimiz elə ilk hissədə qələbəni təmin edib. Cəmi 1 dəqiqə 12 saniyə ərzində 9:0 hesablı qələbəyə sevinən D.Məmmədov adını finala yazdırıb. Avropa çempionatının gümüş medalçısı həlledici görüşdə gürcüstanlı Anri Putkaradze ilə qarşılaşacaq.

Mikayıl İsmayılov (92 kq) səkkizdəbir finalda gürcüstanlı Gor Ayvazyana uduzub - 0:9. Rəqib finala yüksəldiyi üçün M.İsmayılov təsəlliverici görüşdə italiyalı Rikkardo Bufislə üz-üzə gələcək.

Bu çəki dərəcələrində təsəlliverici və medal uğrunda görüşlər iyulun 27-də keçiriləcək.

Qeyd edək ki, bu gün yunan-Roma güləşi üzrə Azərbaycab millisinin üzvləri 2 gümüş və 2 bürünc medal qazanıblar.

Son xəbərlər

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Cekodan təsirli məktub - “Anamla dolabın arxasında gizləndik”

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

VAQİF VÜQAR : Dünya son görüş yeridir... - FOTO

Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Meksika mundiala qələbə ilə başladı

İrəvanda ildırım körpünü uçurdu

Makrona gələ bilməyəcəyini dedi

Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpıldı - FOTOLAR

Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

HÜQUQUN,ƏDALƏTİN və AZAD DÜŞÜNCƏNİN BÖHRAN YAŞADIĞI CƏMİYYƏTİN POETİK OBRAZI...

SEVİNC YUNUSLU : Sənə sinəmin altda qürub saxlamışdım axı.. - FOTO

Ürəyinizin tezliklə dayanacağını necə bilmək olar - dərhal nə etməklazımdır?

Aralıq dənizində zəlzələ baş verdi

FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

"Ömer"in aktrisası yeni serialda - FOTO

"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

DÇ-2026-nın açılış mərasimi baş tutdu

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930