“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində təmsil olunur.

QSC-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Səhmdar Cəmiyyət tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurla bağlı icra edilən layihələrə dair təqdimatlar, həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstərici haqqında məlumatlar verilir. Sərgi pavilyonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılmış araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində QSC-nin geoloqları tərəfindən həyata keçirilən aktiv yerüstü axtarış-kəşfiyyat işləri haqqında geniş məlumatlar yer alır. Hasilat sahələri və ətraf ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər, o cümlədən sosial layihələrlə bağlı audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.

“AzerGold” QSC tərəfindən nümayiş etdirilən qızıl sikkə və külçələr, xüsusilə Qarabağ mövzusuna həsr olunmuş qiymətli məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi iştirakçıları “Qarabağ inciləri” və “Şuşa” sikkələri ilə yanaşı, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş qızıl sikkələrlə ilk dəfə “Rebuild Karabakh” sərgisində yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” oktyabrın 21-dək davam edəcək.
“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir

Son xəbərlər

Bu axşam Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar

Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Həyatın çətinliklərinə dözərək zamanın burulğanından üzüağ çıxıb yaşamağı yalnız sağlam düşüncəli insanlar bacarır - FOTO

III kurs tələbəsi vəfat etdi - Foto

“Abşeron” Ticarət Mərkəzi qlobal brendlərin ünvanına çevrilir

May pensiyaları ödənildi

✍ Sevil Azadqızı : MƏN BİR TÜRKƏM! - FOTO

WUF13 iştirakçıları üçün "Koroğlu" - Bakı Olimpiya Stadionu istiqamətində xüsusi avtobus fəaliyyətə başlayıb

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

Ağakərim Səmədzadə nazirin I müavini oldu

“Kızılcık Şerbeti”ndə sürpriz ayrılıqlar

Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib

Bakının bir sıra yollarında tıxac yaranıb

“Konan”ın aktyoru 100 yaşında öldü

PSJ Fransa çempionu olub

İran Fars körfəzində gəmiyə hücumda Küveyti günahlandırır

Prezidentin müşaviri: BƏƏ İranla razılaşmanı dəstəkləyir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri “Sülh naminə alov” mükafatı ilə təltif edilib - FOTOLAR

SÖZ MƏQAMI OLAN TAPDIQ ƏLİBƏYLİ - FOTO

BİR YOL VƏ ÜÇ ÖMÜR - FOTO

Bu ərazilərdə işıq olmayacaq

Vatsapda bu yeniliklər olacaq

TUBU İMANOVA : SEV GÖRÜM - FOTO

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031