Xəbərlər
16.09.2022, 22:38
“Ermənistan tərəfi müharibəyə hazırlıq görür” - ŞƏRH
“Ermənistanda səfərbərliyin elan olunması göstərir ki, Ermənistan tərəfi müharibəyə hazırlıq görür”.
Turaztv.az Gundem.az-a istinadən xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, bununla da Ermənistan tərəfi sülhə hazır olmadığını bir daha göstərdi:
“Təbii ki, bu proses də gözlənilən idi. Amma, onların səfərbərlik elan etməsinə baxmayaraq, hər hansı bir üstünlük əldə etməsi real deyil. Düşünürəm ki, Qarabağ müharibəsi bitib və Ermənistanın da yeni dəhliz yolundan istifadə edib, bura hərbiçilər göndərmisə də qeyri-mümkündür. Çünki Azərbaycan vizüal olaraq Xankəndi-İrəvan yoluna ciddi şəkildə nəzarət edir. Azərbaycan özü burada silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyat apara bilər və bu məsələyə Ermənistanın aiddiyyatı yoxdur”.
Politoloq son günlər dövlət sərhəddində baş verən toqquşmalarla bağlı açıqlama verib:
“Ermənistan baş nazir Nikol Paşinyan bu gün söhbətində vəziyyətin gərgin olduğunu qeyd etdi. Həmçinin, xalq da, müəyyən qruplar da Paşinyanın səfərbərlik elan edilməsinə çalışır. Ümumiyyətlə, səfərbərliklə heç bir döyüş hazırlığı olmur və bu, növbəti mərhələdə erməni gənclərinin ölümə göndərilməsi deməkdir. Azərbaycan onları məhv edəcək. Əgər yenidən toqquşmalar olarsa, Azərbaycan Zəngəzur dəhlizini mütləq götürməlidir və artıq Ermənistanla 1920-ci ilin sərhədlərinə çıxmalıdır”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay