Deputat: Tərəflər arasında imzalanan sənədlər ikitərəfli əməkdaşlıqda yeni səhifənin açıldığını deməyə əsas verir
Bildiyimiz kimi, avqust ayının 24-də Prezident İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfərə gəlmişdir. Bu səfər ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi və daha da inkişaf etməsi baxımından mühüm tarixi hadisədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni olan “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi iki ölkənin xalqları arasındakı dostluğun və qardaşlığın təzahürü olmaqla yanaşı, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi istiqamətində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

“Qarabağın yenidən qurulması prosesində Qazaxıstanın iştirakı ölkələr arasında dostluğun bariz örnəyidir”, - deyən T.Cəfərova bildirib ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş Füzulidə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir və bu əməkdaşlıq da uğurla inkişaf edir.

Azərbaycan və Qazaxıstan arasında beynəlxalq səviyyədə yüksələn xətlə inkişaf edən əməkdaşlığı xüsusi vurğulayan deputat deyib: “Hər iki ölkə xarici siyasətdə üzv olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəal əməkdaşlıq etməklə yanaşı, daim bir-birlərini dəstəkləyirlər, şübhəsiz ki, bu, gələcəkdə də davam edəcək”.

Səfərin əhəmiyyətini vurğulayan Tamam Cəfərova qeyd edib ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu sənədlər ikitərəfli əməkdaşlıqda yeni səhifənin açıldığını deməyə əsas verir. Şübhəsiz ki, bu, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticari, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. İki ölkə təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqdir. Əlbəttə, bu, eyni soy kökə malik ölkələrin üzərinə xüsusi məsuliyyət qoyur və sevindirici haldır ki, ölkələrimiz bu məsuliyyətə hazırdır. Bəyannamə əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayacaq. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

“Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın inkişafı, eyni zamanda, eyni soy kökə malik Türk dövlətləri arasında birliyin, dostluq, qardaşlıq münasibətlərinin və strateji tərəfdaşlığın inkişafı baxımından da olduqca mühüm hadisədir.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin müttəfiqlərinin sayı günü-gündən artır. Həmçinin dövlətimizin başçısı iqtisadi, siyasi, elmi, mədəni, və digər amilləri nəzərə almaqla Türk birliyinin yeni əməkdaşlıq formatını qura bilmiş lider kimi də tarixə düşməkdədir", - deyə Tamam Cəfərova vurğulayıb.

Son xəbərlər

Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib

İNSANLARA GÖRMƏK SEVINCI BƏXŞ EDƏN ZƏRIFƏ XANIM - FOTO

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib

Prezident bir qrup sahibkarı təltif edib

"Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir" - Deputat

Uzunömürlü insanların övladlarında ürək-damar xəstəlikləri riski niyə azdır? - Elmi araşdırma

Çiyələk və alça bu il baha ola bilər - Səbəb

Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını azaldır

5 mindən çox şagird intizam tədbirinə cəlb olunub

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin tarixi açıqlanıb

“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu

"QOŞMA" ƏDƏBİ MƏCLİSİ HÜSEYN SÖZLÜ İLƏ - FOTOLAR

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930