Xəbərlər
14.08.2022, 00:36
Pakistanda yol qəzasında 13 nəfər ölüb
Pakistanda baş verən ağır yol qəzasında 13 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə Pəncab əyalətində yük maşınının sərnişin avtobusunun üzərinə aşması nəticəsində baş verib.
Qeyd edilir ki, avtobus hərəkətdə olarkən xəndəyə düşüb. Bu vaxt arxadan gələn yük maşını avtobusun üstünə aşıb.
Hadisə yerinə təcili yardım və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay