Xəbərlər
19.07.2022, 22:39
Qarabağa Böyük Qayıdış: Ağalı kəndinin sakinləri doğma yurda qovuşmağın sevincini yaşayırlar
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.
Ağalı sakinlərini yolasalma tədbirindən sonra jurnalistlərin suallarını cavablandıran Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bütün köç prosesinin dövlətimizin başçısının birbaşa nəzarəti altında olduğunu bildirib. Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağını vurğulayıb.
Onun sözlərinə görə, Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.
Doğma yurda qayıtmağının sevincini AZƏRTAC-la bölüşən Ağalı kənd sakini Habil Abdullayev deyib: “Mən 1975-ci ildə Zəngilan rayonunun Ağalı kəndində anadan olmuşam. 1993-cü ildə rayonumuzun Ermənistan tərəfindən işğalı nəticəsində kənddən köçməli olduq. 30 il işğal altında qalan torpaqlarımız qəhrəman Ordumuzun tarixi Zəfəri nəticəsində azad edildi. Bu gün doğma kəndimizə qayıtdığımız üçün çox sevinirik. Bu tarixi anları yaşamağımıza səbəb olan şəhidlərimizə Allah rəhmət eləsin. Qəhrəman hərbçilərimizə isə cansağlığı arzulayıram. İnanırıq ki, bütün məcburi köçkünlər ən yaxın zamanlarda öz doğma evlərinə qayıdacaqlar”.
Ağalıya köçən digər kənd sakini Qədir Məmmədov doğma yurda qayıtdıqları üçün çox gözəl hisslər yaşadıqlarını bildirib. Qeyd edib ki, bu hissləri ancaq bizim yerimizdə olanlar anlayar. Çünki 30 ilə yaxın müddətdə elimizdən, obamızdan ayrı düşdük. Bu anları yaşamaq olduqca ağır idi. Buna baxmayaraq, tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etdi.
Vətən müharibəsində qazanılan Zəfərin məcburi köçkünlər üçün bir ümid olduğunu diqqətə çatdıran sakin deyib: “Biz də həmin ümidli insanlardan biri idik. Həmçinin dəyərdim ki, biz xoşbəxt insanlarıq”.
İşğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən davamlı infrastruktur layihələrinin uğurla həyata keçirdiyini xatırladan Q.Məmmədov digər məcburi köçkünlərin də tezliklə öz yurdlarına qayıdacaqlarına inamını ifadə edib. Deyib ki, bu anlar qürur tariximizin ən yaddaqalan hadisələrindəndir.
X X X
İyirmi doqquz illik həsrətdən sonra Ağalı sakinləri iyulun 19-u günortadan sonra doğma torpaqlarına qovuşublar. Bununla da işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İlk köçürülmə zamanı 10 ailə Ağalıda evlə təmin olunub.
Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilandakı “ağıllı kənd”də Ağalı sakinlərini salamlayıb.
Sonra Ağalı sakinlərinə "Azercell"dən hədiyyələr və "Rahat" Marketdən yüz manatlıq kuponlar təqdim edilib.
Daha sonra Ağalı sakinlərinin ailə başçılarına evlərinin açarları verilib. Kənd sakinləri evləri ilə tanış olublar.
Vahid Hacıyev AZƏRTAC-a açıqlamasında söyləyib ki, hazırda Zəngilanda müxtəlif infrastruktur layihələri həyata keçirilir.
O deyib ki, Zəngilanda dəmir yolu və avtomobil yolları tikilir, hava limanı inşa olunur. Hava limanının inşası sentyabrda başa çatacaq. Eyni zamanda, meliorativ tədbirlər də davam etdirilir, kənd təsərrüfatı ilə bağlı işlər görülür.
Zəngilanın digər kəndlərinin də layihələrinin hazırlandığını deyən V.Hacıyev rayonda kifayət qədər hərtərəfli bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini və bu tədbirlərin bundan sonra davam etdiriləcəyini bildirib.
O, həmçinin diqqətə çatdırıb: “Ağalı kəndi artıq öz doğma sakinlərini qəbul edir. Evlər, məktəb, uşaq bağçası – burada yaşayış üçün lazım olan bütün infrastruktur hazırdır. Sakinlər üçün iş yerləri mövcuddur. Bundan sonra da sakinlərə bütün zəruri dəstək göstəriləcək”.
Böyük Qayıdışın ilk iştirakçıları olmaqdan qürur duyduğunu bildirən Ağalı kənd sakini Möhtubbət Səmədov deyib ki, hazırda sevincimizin həddi-hüdudu yoxdur. Kənd camaatı ilə birlikdə doğma yurdumuza qayıtmışıq. Bu qayıdışın ardı gələcək, bütün məcburi köçkünlərimizin torpaq həsrəti sona yetəcək.
Kənddə yaradılan şəraitdən razılığını ifadə edən M.Səmədov bildirib: “Otuz il idi sanki yaşamırdım. Bu gündən həyatımı yenidən yaşamağa başlamışam. Bu sevinci bizə yaşadanlara - Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, Ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
O əlavə edib ki, Ağalı kəndində çox gözəl şərait yaradılıb.
Kənd sakini Vəliyəddin Paşayev: “Zəngilan rayonunun Ağalı kəndində doğulub boya-başa çatmışam. Kəndimizi tərk edəndə 32 yaşım var idi. Uzun illər idi torpaqlarımızın azad olunmasını gözləyirdim. Şükür Allaha, 2020-ci ilin payızında 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Əhd etmişdim ki, torpaqlarımız alınanda bərpa işlərində mən də iştirak edəcəyəm. Əhdimə sadiq qaldım. Bir il üç aydır ki, Ağalıda işləyirəm. Buranı ilk dəfə görəndə dəhşətə gəldim. Erməni vandalları kəndimizi xarabalığa çevirmişdilər. İndi isə Ağalı kəndi gülüstana çevrilib”.
Ağalı kənd sakini Minə Mirzəyeva bu gün Ağalılılar üçün əlamətdar gün olduğunu deyib. O bildirib: Biz bu gün öz doğma yurd-yuvamıza qovuşduq. Neçə ildir doğma rayonumuzun, kəndimizin həsrətini çəkir, ürəyimizin hər döyüntüsündə uzaqlığın ağrısını hiss edirdik. Ağalı kəndinin sakinləri çox şanslıdırlar. Çünki ilk olaraq onların nisgilinə son qoyuldu.
Kənd sakini Ağalıya qayıtdığı üçün hiss etdiklərini ifadə etməyə söz tapa bilmədiyini deyib. Bu xoşbəxtliyi onlara yaşadan şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib.
X X X
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürüləcək. İlk köçürülmə isə 10 ailə olub.
İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentdə keçirilib.
Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay