Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində növbəti Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ənənəvi olaraq hər il keçirilən tədbirdə DTX-nin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və digər aidiyyəti təşkilatların nümayəndələri, həmçinin layihə iştirakçısı olan yeniyetmə və gənclər iştirak ediblər.

İyulun 21-dək davam edəcək təlimləri yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.

Öncə tədbir iştirakçıları “Bilgəh” İstirahət mərkəzinin ərazisində nümayiş olunan texnologiya sərgisinə tamaşa ediblər. Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunduqdan sonra ötən il keçirilən “Kiber düşərgə-2021” yay məktəbinin ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx göstərilib.

Daha sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, DTX-nin və Təhsil Nazirliyinin rəhbər əməkdaşları, o cümlədən müvafiq xarici təsisatların nümayəndələri çıxışlar edərək həmin tədbirin iştirakçılar üçün əhəmiyyətindən, yay məktəbinin yeniyetmələrin kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, proqramlaşdırma, süni intellekt və s. sahələrdə dünyagörüşlərini artırmalarına geniş imkanlar açmasından, kibercinayətkarlığa qarşı mübarizə üçün gənclərin zəruri savad və vərdişlərə yiyələnmələrinin vacibliyindən bəhs ediblər. Builki tədbirə xarici ölkələrdən də yeniyetmələrin qatılması xüsusi vurğulanıb, yay məktəbinin gənclərin intellektual səviyyələrinin yüksəldilməsinə, innovativ düşüncələrinin təkmilləşdirilməsinə və onlar arasında bilik mübadiləsinin aparılmasına önəmli töhfələr verəcəyinə əminlik ifadə olunub.

Açılış mərasiminin sonunda tədbir iştirakçılarına mədəni proqram təqdim edilib.
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib

Son xəbərlər

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31