Xəbərlər
25.06.2022, 23:07
Cüdoçularımız Avropa çempionatında komanda hesabında birinci yeri tutub
İyunun 23-dən 25-dək Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.
Çempionatın ilk günü oğlanlar arasında -50 kiloqram çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb, -55 kiloqram çəkidə Şahin Oruczadə və -60 kiloqram çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.
Qızlar arasında -48 kiloqram çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.
Yarışın ikinci günü oğlanlar arasında -66 kiloqram çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kiloqram çəki dərəcəsində Əli Hacızadə bürünc medala yiyələnib. Qızlar arasında isə -57 kiloqram çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazdırıb.
Beləliklə, idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar. Sonuncu dəfə belə yüksək nailiyyət 2004-cü ildə keçirilən Avropa çempionatında əldə edilmişdi.
Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız çempionata cəmi 4 idmançı ilə qatılmasına baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında dördüncü olub. Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay