“Nar” minifutbol üzrə milli komandamızı təbrik edir
“Nar” Avropa çempionatının qalibi olan minifutbol üzrə milli komandamızı möhtəşəm uğuru münasibətilə təbrik edir. Qələbəni qeyd etmək üçün “Nar”ın dəstəyi ilə iyunun 15-də Bakı bulvarında milli komandanın da iştirakı ilə konsert proqramı baş tutacaq. Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” futbol klubunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə kubokun xüsusi avtobusla tamaşaçılara təqdim olunması gözlənilir.

Qeyd edək ki, iyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandası Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.

Ölkədə gənclər arasında idmanın təbliğinə hər zaman xüsusi diqqət ayıran “Nar” milli komandamıza bundan sonrakı fəaliyyətində də uğurlar arzu edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Son xəbərlər

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib

✍ Sevil Azadqızı : GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNÇƏLƏRİM - FOTO

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Şəhid övladları imtahanda yüksək bal topladı - FOTO

Bakıda maşın piyada qadını vurdu

Dərviş ruhlu qələm sahibi – Təranə Cəbiyeva 60

"Sahipsizler"in aktyoru yeni serialda - FOTO

TƏNQİD,YOXSA KÖHNƏ MARAQLARIN MÜDAFİƏSİ?

Kür çayının aşağı axınına suyun buraxılmasına başlanıldı

Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq

Həftənin ilk günü Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

TƏRANƏ MƏFTUN : ŞƏFA KÜRSÜSÜNDƏ TAXT QURUB, CANIM - FOTO

Keçmiş icra başçısı dünyasını dəyişdi

Leyla Əliyeva onuncu sinif şagirdinə qolbağını bağışladı - FOTOLAR

Bukingem sarayı: Silahlı insidentə baxmayaraq III Çarlzın ABŞ səfəri plan üzrə keçiriləcək

Millimiz 6-cı dəfə Avropa çempionu oldu

İlin ən yaxşı fotosu və fotojurnalisti seçildi

iPhone modelindən olan 12 telefonu almayın - SƏBƏB

Artıq bəylə gəlin "Vağzalı" istəmir

Robotlar işləyəcək, insan nə edəcək?

NƏĞMƏDİ, ŞEİRDİ HÜSEYN SÖZLÜ - FOTO

Bu qırmızı kart saxta xəbərlər üçündür - FOTO

"Yeraltı"nda gözlənilməz ayrılıq - FOTO

Kolumbiyada terror aktı - 20 nəfər öldü, 3 günlük matəm elan edildi

“Eşref Rüya”da yeni sima

“Ceylan”ın gedəcəyi deyilir - Sevgi üçbucağı dağılır? - FOTOLAR

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930