Xəbərlər
27.04.2026, 00:27
Robotlar işləyəcək, insan nə edəcək?
Robotlar artıq yalnız yerimək yox, toxunmağı da öyrənir. Bu, həm sənayeni, həm də iqtisadi sistemi sarsıda bilər.
"Optimus", XPENG və "Figure" kimi üçüncü nəsil robotlar laboratoriyalardan real həyata keçdikcə diqqət artıq, sadəcə, "yerimək"dən "hiss etməyə" yönəlir.
Artıq robotun bədən quruluşuna uyğun şəkildə, sanki xüsusi kostyum kimi tikilə bilən, toxunma hissinə malik materiallara keçid görürük.
Bu, sadəcə, adi təzyiq sensorlarından ibarət deyil. Söhbət qatlanma radiusu 0.2 mm-dən az olan tam elektron dəridən gedir.
Bu isə o deməkdir ki, robot qram səviyyəsində toxunuşu hiss edə, səthlərin teksturasını ayırd edə və hətta əlindəki əşya düşməzdən əvvəl onun yüngül sürüşməsini sezə bilər.
Bunun sənaye üçün təsiri çox böyükdür - bu cür elastik sensorların qlobal bazarının 2030-cu ilə qədər 27.4 milyard RMB-yə (renminbi, Çin valyutası - təxminən 3.98 milyard dollar) çatacağı proqnozlaşdırılır.
Bir neçə il əvvəl texnologiya şirkətləri gələcəkdən, danışanda bunu daha çox "işləri asanlaşdıracağıq", "məhsuldarlığı artıracağıq", "insanları rutin işlərdən azad edəcəyik" kimi şüarlarla edirdi. Amma artıq ton dəyişir.
Bu dəfə danışan adam, sadəcə, bir investor və ya futurist deyil. Dünyanın ən güclü süni intellekt (Sİ) şirkətlərindən biri olan "OpenAI"ın rəhbəri Sem Altman 13 səhifəlik bir sənəd yayımlayıb və açıq şəkildə deyib ki, yaxınlaşan "superzəka" mövcud iqtisadi sistemi daşıya bilməz.
Bu sənəd texnologiya haqqında klassik optimist təqdimatlardan fərqlənir. Çünki Altman ilk dəfə açıq şəkildə etiraf edir ki, süni intellekt, sadəcə, yeni proqramlar yaratmayacaq. O, iş bazarını, maaş sistemini, vergi modelini və insanların niyə işlədiyini kökündən dəyişəcək.
Bugünkü iqtisadi sistem çox sadə bir prinsip üzərində qurulub: insanlar işləyir, maaş alır, pul xərcləyirlər və iqtisadiyyat dövr edir. Amma sabah həmin işləri insan yox, alqoritm, robot və AI agentləri görəcəksə, onda maaşı kim alacaq? Vergini kim ödəyəcək? Bazarda pul dövranını kim yaradacaq?
Altmanın əsas qorxusu da budur. Süni intellekt məhsuldarlığı artırdıqca şirkətlər daha çox qazanacaq. Amma bu qazanc cəmiyyətə yayılmasa, sərvət daha az adamın əlində toplanacaq. Yəni iqtisadiyyat böyüyəcək, amma orta sinif zəifləyəcək.
Buna görə Altman "robot vergisi" ideyasını müdafiə edir. Məntiq budur ki, əgər bir şirkət insanları işdən çıxarıb yerinə AI və robotlar qoyursa, həmin şirkət əlavə vergi ödəməlidir. Çünki əvvəllər həmin işçilər maaş alır, vergi verir və bazarda pul xərcləyirdilər. İndi isə onların yerinə işləyən sistem bu iqtisadi dövranı yaratmır.
Altmanın digər maraqlı təklifi dördgünlük iş həftəsidir. Onun fikrincə, AI məhsuldarlığı artırırsa, bu qazanc yalnız şirkət sahibinə yox, işçinin vaxtına da çevrilməlidir. İnsanlar eyni maaşı alıb, daha az işləməlidirlər. Əks halda texnologiyanın bütün faydası yalnız yuxarı təbəqəyə gedəcək.
13 səhifəlik sənəddə ən diqqətçəkən ideyalardan biri də dövlət sərvət fondu modelidir. Yəni AI şirkətlərindən və böyük texnologiya platformalarından gələn gəlirin bir hissəsi fonda toplansın və sonradan cəmiyyətə paylansın. Çünki süni intellekt boş yerdən yaranmır. O, insanların yaratdığı məlumatlar, internetdəki məzmun və bütöv cəmiyyət üzərində qurulur.
Ən narahatedici hissə isə "Sİ-ni dayandırma protokolu" fikridir. Bir neçə il əvvəl texnologiya rəhbərləri "narahat olmayın, hər şey nəzarət altındadır" deyirdilər. İndi isə eyni adamlar açıq şəkildə etiraf edirlər ki, müəyyən nöqtədən sonra süni intellekt o qədər güclü ola bilər ki, fövqəladə stop mexanizmlərinə ehtiyac yaransın.
Buradakı ən böyük paradoks budur: bu xəbərdarlıqları edən insanlar məhz həmin texnologiyanı yaradanlardır.
Sem Altmanın yazısının əsl mesajı budur: problem gələcəkdə Sİ-nin nə qədər ağıllı olması deyil. Problem onun yaratdığı sərvətin kimlərin əlində qalacağıdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay