Ədliyyə Nazirliyinin işçiləri və hakimlər Müstəqillik Günü münasibətilə Qarabağ Dirçəliş Fonduna ianə edib
Ədliyyə Nazirliyinin işçiləri və hakimlər tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi üçün Qarabağ Dirçəliş Fonduna 258 min manat məbləğində ianə edilib.

Bu barədə AZƏRTAC-a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.

Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi Qarabağ Dirçəliş Fondu yarandığı ilk gündən etibarən Fonda ianə edərək işğaldan azad olunan əraziləri bərpası və yenidən qurulması istiqamətində aparılan işlərə dəstək göstərib. Belə ki, Nazirlik tərəfindən Fonda daha əvvəl ümumilikdə 807 min 460 manat məbləğində ianə daxil olub.

Eyni zamanda, Ədliyyə Nazirliyi Qarabağda ekoloji tarazlığın və biomüxtəlifliyin bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında imzalanan “Əməkdaşlıq Memorandumu” əsasında həyata keçirilən Zəngilanda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsinə min ağac ianə edərək mühüm töhfə verib.

Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Ədliyyə Nazirliyinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu. Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Qələbə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı.

Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət Qarabağın dirçəlişi kimi mühüm bir dəyər ətrafında birləşmək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə birlik nümayiş etdirərək könüllülük prinsipi əsasında QDF-ə ianə edib.

Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini sürətləndirməyə imkan yaradacaq.

Siz də ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilərsiniz.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Son xəbərlər

Filippində Mayon vulkanı püskürməyə başlayıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Ata yurdumda düşüncələrim… - FOTO

“Keçmişə mesaj göndərmək mümkündür”

Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir

"Top ABŞ-nin meydanındadır" - İran rəsmisi

SÖZÜN KAPİTANI - FOTO

Cümşüd Aydəmir : Ağsaqqaldı,artıq səksən yaşında - FOTO

İranda 21 yaşlı karate çempionu edam edildi

Bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar bəlli olub

Azərbaycan cüdoçuları 3 fərqli turnirdə ümumilikdə 5 medal qazanıblar

Azərbaycan minifutbol millisi Bosniya və Herseqovina yığmasını darmadağın edib

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Generala yeni elmi ad verildi

İngiltərə Premyer Liqası: “Arsenal” çempionluq yolunda vacib qələbə qazanıb

ChatGPT insanı saniyələr içində "oxuya" bilər - Şəxsiyyət təhlili üçün 10 sorğu

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb

Ölkədə pensiya yaşı 60-a SALINIR?

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

“Küçük İbo” illər sonra - Fotolar

Xalq şairmiz Sabir Rüstəmxanlının 80 illik yubileyinə - FOTO

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031