Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü, 20.5-ci və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş prokuroru K.Əliyevin və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri X.Məmmədovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini A.Kərimovun mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur.

Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Prokurorluq haqqında” qanunun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930